Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçid ilğımı: Qazaxıstanda seçkilər kütləvi həbslərlə müşayiət olunub

“Əl-Cəzirə”, 10.06.2019

Qazaxıstanın uzun müddətli prezidenti Nursultan Nazarbayevin varisi olan keçici lider Kasım-Jomart Tokayev dövlət başçısı seçilib Ekzit-pollar səslərin təxminən 70 faizinin ona verildiyini göstərir.

Bazar günü hökumətyönlü “İctimai fikir” təşkilatı 66 yaşlı Tokayevin – peşəkar diplomat və müvəqqəti prezidentin irəlidə olduğunu bildirib. Onun ən yaxın rəqibi Amirjan Kosanov 15 faiz səs tplayıb.

İlkin nəticələr Bazar ertəsi günü açıqlanacaq.

Paytaxt Nur-Sultan və ölkənin əsas ticarət şəhəri Almatıda keçirilən aksiyalarda yüzlərlə adam həbs olunub.

Etirazçılar mart ayında istefa edən Nazarbayevə sadiq bir siyasətçini vəzifəyə gətirmək üçün hazırlanmış növbədənkənar seçkiləri boykot etməyə çağırışlar edib.

1991-ci ildə Sovet İttifaqından ayrılmasından sonra Qazaxıstanı idarə edən 78 yaşlı lideri istefası gələn il keçirilməli prezident seçkiləri öncəsi gözlənilməz hadisə olub.

Etirazlara qarşı mübarizə

Seçkilər müxalifət əleyhinə təzyiqlər, etirazçıların qısa müddətli həbsi və polisin fəalların evlərinə basqın ilə müşayiət olunub.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Bazar günü təxminən 500 nəfər həbs olunub. Nazir müavini Marat Kojayev “radikal elementlər”i “icazəsiz” mitinq keçirməkdə günahlandırıb.

Etirazçılar “ayıb, ayıb, ayıb!” şüarı səsləndirib. Onlar “Polis, xalqın tərəfinə keç” qışqıqrıb.

Norveç Helsinki Komitəsinin məlumatına görə, QHT nümayəndələri ilə bərabər, bir sıra jurnalistlər də həbs edildi. Daha sonra onlar azad olunublar.

Tanınmış ictimai xadim və siyasi analitik Dimaş Aljanov hələ də həbsdədir.

Keçid illüziyası

Dörd il əvvəl Nazarbayev rəsmi iştirak faizinin 95-in olduğu tən seçkilərdə 98 ss toplayıb.

Seçkiləri müşahidə etmək üçün 300-dən çox müşahidəçi göndərən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) tərəfindən heç bir Qazaxıstan seçkiləri hələ tam demokratik sayılmayıb.

Almatılı 42 yaşlı sahibkar İvan Sedov 58 yaşlı Daniya Yespayevaya səs vermək üçün səs verdiyini deyib. “Çünki o, etiraz ruhlu və yeganə qadın namizəd idi”.

Hökuməti tənqid edən jurnalist Əmirjan Kosanov yarışda açıq müxalifət namizədi olub. Lakin, o, Tokayev və ya onun sələfinə birbaşa hücum etmək əvəzinə, sistemi sönük tənqid edib və təəccüblü bir kampaniyaya görə qınanıb.

“Human Rights Watch” siyasi keçid perspektivini “illüziya” adlandırıb və Tokayevin prezidentliyi dövründə hüquq pozuntularının davam etdiyini qeyd edib.

Qazaxıstan hakimiyyəti müntəzəm olaraq dinc aksiyalara dağıdır, bəzən etirazçılarn əllərini və ayaqlarını bağlayır və onları xəbərdarlıq, cərimə və qısamüddətli həbslər ilə sanksiyalara məruz qoyur”.(Tərcümə: Strateq.az)

pia.az

 


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Ən çox oxunanalar