Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kaspersky Lab”: Fərdi məlumatlara qarşı yeni hücumlar başlanıb

Qurumun mətbuat xidməti bu barədə məlumat verib

“Kaspersky Lab”ın ekspertləri “Google Calendar” onlayın təqviminin istifadəçilərinə qarşı bir sıra fişinq (phishing) hücumları qeydə alıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, qurumun mətbuat xidmətindən bildirildiyinə görə, may ayında həmin servisin təqvimə dəvət edən avtomatik ismarıc görüntüsü verilən saxta göndərişlər istifadəçilərin smartfonlarına atılıb: “Bu yeni hücum üsulu nəzəri cəhətdən hətta e-mail və mesencerlərdə spam və fişinq təhlükəsindən xəbərdar olan təcrübəli istifadəçiləri də çaşdıra biləcəyi üçün dələduzlar qarşısında daha geniş imkanlar açır”.

Belə ki, smartfonda sözügedən ismarıca çox bənzəyən pəncərəni açanda, adətən, adi bir bonuslu sorğunun keçirildiyi “quldur” saytının linki çıxır, guya həmin bonusu almaq üçün müəyyən pul ödənişi etmək təklif olunur. Bu yolla istifadəçilərin fərdi məlumatlarını ələ keçirməyə çalışan dələduzlar məhz təqvim əlavəsini özlərinə meydan seçdiklərinə görə məqsədlərinə daha asan çatmaq imkanı qazanırlar. Belə ki, poçt ünvanları və mesencerlərindəki spama adətkərdə olan istifadəçilərin məlumatları nizamlayan təqvim əlavəsində aldanması ehtimalı daha yüksəkdir.

Bu barədə bildirən laboratoriyanın baş spam mütəxəssisi Mariya Vergelis arzuolunmaz halların qarşısını almaq üçün “Google Calendar” parametrlərində avtomatik bildiriş funksiyasını söndürməyin kifayət olduğunu qeyd edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar