Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamaləddin Heydərov qanunsuz ov zamanı ərəblərlə əyləncə məclisində - Fotofakt

Azərbaycanda qanunsuz ov ovlayan ərəbləri ölkəyə qonaq çağıran nazirin adı məlum olub.

PİA.az-ın xəbərinə görə, fotoları jurnalist Cavanşir Həsənli paylaşıb.

Sözügedən ərəb turistlər Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dəvətilə Azərbaycana gəliblər. Onların arasında xeyli sərvəti olduğu bildirilən Həmdan bin Məhəmməd bin Rəşid də var.

O, Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biridir. Həmdanla bərabər onun şahzadə sayılan yaxın qohumları və dostları da Azərbaycana tez-tez təşrif buyurur.

Qonaqların ov üçün gəldiklərini Dubay şahzadəsi və dostlarının instagram səhifəsində bu günlərdə paylaşdıqları şəkillərdən də görmək olar. Şəkillərdən görünür ki, qonaqlar ova, üzərində Azərbaycan bayrağı olan FHN-ə məxsus helikopterlə gedib-gəlirlər.

Şahzadələrdən biri, Bin Rogis Ghadir özünün instagram səhifəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərovla birgə müxtəlif vaxtlarda çəkilmiş şəkillərini də paylaşıb.

Hacıqabul sakinlərinin Azadlıq Radiosuna verdiyi məlumata görə, şahzadələr rayonun Qarasu kəndi yaxınlığında olan ovalıqda da olublar.

Sakinlər deyir ki, onlar əsasən özlərinin xüsusi təlim keçmiş şahinləri ilə adı “Qırmızı kitab”da olan bəzgək quşu ovlayırlarmış.

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən kənd sakinlərindən biri deyir ki, bu ovalıq zəngin ot örtüyünə malik olduğu üçün, bəzdək də daxil olmaqla bir çox nadir quşların oylağıdır.

Qeyd edək ki, Bəzgək Azərbaycanda sayı getdikcə azalmaqda olan quş növüdür. Qanunla ovlanması qadağandır. 1960-cı illərdən bəri bu quşun Azərbaycanda yuva qurması haqda məlumat yoxdur. Bəzgək quşları sentyabrda Azərbaycana gəlib, martda geri qayıdır. Bu quş Kür-Araz və Lənkəran ovalıqlarında yayılıb. Bəzgək həm də özünəməxsus ləzzətli dadı ilə də məşhurdur.

Əsasən yarımsəhra və çöllərdə qışlayır. Əkin sahələrinə asanlıqla uyğunlaşır.(KONKRET.az)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Kral III Çarlz xərçəng diaqnozundan sonra gələn həftə vəzifələrinə davam edəcək

Nazpəri Dostəliyeva: “Ailə qurduqdan sonra həyat yoldaşım icazə verdi, toylara getdim” - Video

Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Ən çox oxunanalar