Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kadırovun anası Çeçenistanda qiyamdan qorxur..

Kadırovla anası çeçenləri müharibəyə yolladığına görə oğlundan küsüb və evdən çıxaraq qardaşının yanına yerləşib…

“Kadırovun anası onun müharibədə fəal iştirakına mənfi yanaşır. O, hətta bu səbəbdən oğlu ilə mübahisə edib və onun üçün tikdiyi evi tərk edib, hələlik qardaşı ilə yaşayır”.

PİA.az xəbər verir ki, belə bir iddia ilə Avropada yerləşən İçkeriya “Tolam” Dövlət Fondunun rəhbəri Cambulat Süleymanov “Azadlıq” radiosunun Qafqaz xidmətinə bildirib.

Cambulat Süleymanov Çeçenistandakı mənbələrinə istinad edərək bildirib ki, Aymani Kadırovanın “pasifist” mövqeyinin səbəbi “çeçenlərin müharibədə ölməsi və ölüm sayının getdikcə artması Çeçenistanda sosial partlayışa səbəb olacağı qorxusu” ilə bağlıdır.

Süleymanovun fikrincə Çeçenistanda sosial partlayış riski doğrudan da var. Çünki son zamanlar müharibədə çeçenlərin ölüm faktları durmadan artır. Digər tərəfdən isə Çeçenistanda sosial-iqtisadi vəziyyət də gündən-günə pisləşir. Kadırova bağlı silahlı qüvvələrin əsas hissəsinin isə Ukraynada olması təhlükəli ssenarini daha da yaxınlaşdıra bilər.

Bundan əlavə Kadırovun Rusiya hakimiyyəti elitasında mövqeyi də müharibə balaamamışdan əvvəlkinə nisbətən xeyli zəifləyib. O, Priqojinlə birləşərək bir çox rus generalalrı ilə qarşıdurmaya gedir. Ruslar isə çeçen Kadırovu sevmədiklərini hər fürsətdə nümayiş etdirirlər. Ona görə də Kadırovun statusu hazırda tamamilə Kremlin sahibindən asılıdır. Lakin Xersonun təslim edilməsindən sonra Putinə qarşı da etimadsızlıq Rusiyada kifayət qədər artıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - Yenilənib

Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq müzakirə edilib - Yenilənib

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Ən çox oxunanalar