Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalist Prezidentə müraciət etdi: Muxtar Babayev meşələrin kütləvi məhv edilməsi barədə faktların yayılmasından hiddətlənib

AzToday.az saytının baş redaktoru Elmidar Əliyev Prezident İlham Əliyevə müraciət edib...

Jurnalist dövlət başçısına müraciətində təbiətimizə qənim kəsilən meşə mafiyasının qanunsuz əməllərini ifşa etdiyinə görə məhkəməyə verildiyini bildirir.

Müraciəti olduğu kimi təqdim edirik:

AzToday.az saytında Azərbaycanın florasının məhv edilməsi, o cümlədən ölkənin cənubundakı meşələrdə ağacların kütləvi şəkildə qanunsuz olaraq kəsilməsi barədə faktların yayımlanması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevi çox hiddətləndirib. Belə ki, nazirin tapşırığı ilə 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov bu dəfə məni xüsusi ittiham qaydasında məhkəməyə verib.

Xatırladım ki, 2023-cü ilin noyabrın 27-də Lerik Rayon Məhkəməsinin qərarı ilə ekologiyaya vurulan ziyanla əlaqədar rəhbərlik etdiyim saytda yazılan məqalələri təkzib etməklə yanaşı, şəxsən 1500 manat cərimələnmişəm. Halbuki yayımlanan məqalələrin hər birində foto və video faktlar öz əksini tapmaqla bərabər şahid ifadələri də yer alıb. Buna baxmyaraq, Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyov 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində məsul vəzifədə işləyən qohumuna görə qaldırılan iddiaya ədalətli yanaşmamış, şahidlərin məhkəməyə gəlib ifadə verməsinə imkan tanımamışdır.

Məhkəmənin belə bir qərar qəbul etməsi hakim Atabəy Kiçibəyovun mənə qarşı qərəzli olmasından qaynaqlanır. Çünki Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyovun korrupsiya əməlləri ilə bağlı əsaslı şübhələrimi dəfələrlə mediada işıqlandırmışam və bununla bağlı Məhkəmə-Hüquq Şurasına da müraciətlər göndərmişəm. Təkcə bir faktı qeyd edim ki, Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyovun 4 nəfərin yaşının artırılması barədə çıxardığı qərarların Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunması barədə xəbər ilk dəfə AzToday.az saytında yayımlanmışdır. Bununla yanaşı, Atabəy Kiçibəyovun çıxardığı əsassız qərarlarla bağlı şikayət verib, növbəti məhkəmə instansiyalarında onların ləğvinə nail olmuşam.

Lerik Rayon Məhkəməsinin 2023-cü ilin noyabrın 27-də çıxardığı qərardan da 2024-cü ilin ilk iş günlərində apellyasiya şikayəti verəcəyəm. Apellyasiya Məhkəməsində 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin işçilərinin şahid kimi dindirilməsi ilə yanaşı, direktorun və digər vəzifəli şəxslərin əməllərinə hüquqi qiymət verilməsini də tələb edəcəyəm. İnanıram ki, Apellyasiya Məhkəməsi hakim Atabəy Kiçibəyovdan fərqli olaraq prosesə obyektiv qiymət verəcək.

Onu da vurğulamaq istəyirəm ki, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində kütləvi şəkildə ağacların kəsilməsi ilə yanaşı, meşə ərazisinin ayrı-ayrı iş adamlarına və fərdi şəxslərə satılması faktları da mövcuddur. Bu ilin avqust ayında hüquq-mühafizə orqanları 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində əməliyyat keçirmişdir. Bütün bu məqamlar ilk dəfə Aztoday.az saytında yayımlanmışdır. Buna görə də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və onun müavini Vüqar Kərimov meşələrdə baş verən ekoloji cinayətləri ictimailəşdirən saytı cəzalandırmaq və baş redaktoru həbs etdirmək istəyir.

Möhtərəm Prezident!

Sizin apardığınız xarici və daxili siyasət həmişə rəhbəri olduğum AzToday.az saytında təqdir olunub. Sizə qarşı olan məmurlar vəzifədə işləyən zamanlar belə saytda ifşa olunub. İndiyə kimi mənə qarşı edilən qanunsuz əməllərin hamısı Sizə etdiyim müraciətlərdən sonra dayandırılıb. Təkcə onu deməyi lazım bilirəm ki, Prezident Administrasiyasının vaxtilə mövcud olmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun məni həbs elətdirmək niyyəti Sizə etdiyim müraciətdən sonra baş tutmadı.

Xahiş edirəm, bu dəfə də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin qanunsuz niyyətinin reallaşmasına imkan verməyəsiniz. Ən mühüm təvəqqem də odur ki, cənub meşələrində baş verən ekoloji cinayətlərin araşdırılması üçün aidiyyəti qurumlara tapşırıq verəsiniz!

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Ən çox oxunanalar