Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“JEK”lərin vətəndaşlardan artımla pul yığması qanunidirmi?

Deputat: “JEK”lər fəaliyyətsiz bir quruma çevrilib”...

İllərdir heç bir fəaliyyəti olmayan “JEK”lərin əhalidən qanunsuz ödənişlər yığması insanların narazılığına səbəb olur. Bu ildən etibarən ödənişlərin artırılması, üstəlik bunun əvvəlki iki ilə də şamil edilməsi narazılığı pik həddə çatdırıb.

İqtisadçılar vətəndaşları “JEK”lərə ödəniş etməməyə çağırır. Vətəndaşlar isə ödəniş edib-etməməklə bağlı sual qarşısındadır.

Bəs “JEK”lərin vətəndaşlardan artımla pul yığması qanunidirmi?

Bu barədə Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, “JEK”lərin xidmət haqlarını artırması qanunsuzdur.

Deputatın sözlərinə görə, xidmət haqlarının artırılmasının heç bir əsası yoxdur:

“Çünki xidmət haqqı o zaman artırılır ki, daha yüksək xidmət və nümunəvi işlər görülsün. Ancaq biz bunun şahidi olmuruq. Bu gün “JEK”lər fəaliyyətsiz bir quruma çevrilib. Buna səbəb qurumun maddi-texniki baza və işçi potensialının yetərli olmamasıdır. Eyni zamanda qurum verilən tapşırıqları yerinə yetirməyə qadir deyil. Doğrudur, Sovetlər dönəmində bu qurumun yaxşı fəaliyyəti olub. Ancaq son dövrlər bu fəaliyyət gözə görünmür”.

Üstəlik, “JEK”lər heç bir fəaliyyət göstərmədən pul yığırlar. Bələdiyyələr isə öz nəzarətində olan ərazilərdə tullantıların daşınması, təmizlik işləri həyata keçirirlər. Ona görə də, heç bir iş görməyən “JEK” lər bələdiyyələrə birləşdirilməlidir”.

T.Rzayev birləşmənin bələdiyyələrin işinə müsbət təsir göstərəcəyi qənaətindədir:

“JEK”lərin özündə də vaxtilə çox yaxşı işləmiş, işini bilən kadrlar olub. Onların bələdiyələrə keçməsi qurumun fəaliyətinin müsbət inkişafına töhfə ola bilər”.

pia.az


Etiket: JEK


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Ən çox oxunanalar