Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtaliyada Qəddafinin öldürülməsinin yanlış addım olduğunu düşünürlər...

İtaliyanın xarici işlər naziri Qəddafinin öldürülməsini Afrikada qeyri-sabitliyin səbəbi adlandırıb...

İtaliyanın xarici işlər naziri Antonio Tayani 2011-ci ildə Liviya lideri Müəmmər Qəddafinin öldürülməsinin Qərb dövlətləri tərəfindən atılan ciddi səhv addım olduğunu bildirib.

Poliqon xəbər verir ki, bu barədə ANSA Agentliyinin məlumatında bildirilir. Nazir bildirib ki, Liviya dövlət başçısının ölümü Afrikada siyasi qeyri-sabitliyin artmasına səbəb olub.

“Ola bilsin ki, Qəddafi demokratiya çempionu olmayıb, amma o, öldürülən kimi Liviyada və ümumilikdə Afrikada siyasi qeyri-sabitlik yaranıb”, deyə italyan diplomat bildirib.

Qeyd olunur ki, Tayani dəfələrlə Qəzzafinin öldürülməsini tənqid edib. 2022-ci ildə o, bu hadisənin Aİ ölkələrində miqrasiya böhranının güclənməsinin səbəblərindən biri olduğunu bəyan edib. Bundan başqa, Qəddafinin öldürülməsi Afrika və Yaxın Şərqdə fəaliyyət göstərən bir sıra terror təşkilatlarının güclənməsinə səbəb olub.

Qeyd edək ki, Müəmmər Qəddafi Liviyanın keçmiş rəhbəridir və ölkəni 42 il idarə edib. 2011-ci ildə bir sıra hökumət əleyhinə çıxışlardan sonra o, hakimiyyətdən uzaqlaşdırıldı. Həmin ilin oktyabrında Qəddafi Sirte şəhəri yaxınlığında öldürüldü.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar