Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveçlilər Nobelə görə Bakıya gəlir


İsveçli həvəskarlar qrupu Azərbaycanda “Nobel qardaşlarının neft istehsalı ortaqlığı” şirkətinin irsini öyrənmək məqsədilə əlaqələri qaydaya salmaq üçün Bakıya səfər edəcək


Axar.az xəbər verir ki, bu haqda İsveçin “Nya Vermlands-Tidningen” qəzeti məlumat yayıb.
 
Məqalədə qeyd edilir ki, Alfred Nobelin qardaşları Robert və Lyudviq çox məşhur olmasalar da, onların biznes fəaliyyəti uğurlu alınmışdı. 1876-cı ildə qardaşlar müasir Azərbaycanın ərazisində “Nobel qardaşlarının neft istehsalı ortaqlığı” adlı böyük neft şirkəti yaratdılar. Qısaca “BraNobel” adlanan bu şirkət sayəsində böyük sənayeçilərə çevrildilər.
 
Karlskuq şəhərindəki Nobel muzeyinin direktoru Xans Yoxanssonun qəzetə verdiyi müsahibədə qeyd etdiyi kimi, “bu nəhəng şirkət o vaxtlar “Standard Oil” kimi şirkətlərlə rəqabət aparırdı". Muzeyin rəhbəri vurğulayıb ki, Nobel qardaşlarının şirkəti Rusiya inqilabından dərhal sonra milliləşdirilsə də, bir müddət öz fəaliyyətini davam etdirib. Xans Yoxansson qeyd edib, Bakıda bu şirkətin fəaliyyəti haqqında xatirələr indiyə qədər qalır.
 
Xans Yoxansson deyib: “Azərbaycanda Nobel irsi ilə çox fəxr edirlər. Buna görədir ki, şirkətin əsas binası – “Villa Petrolea” hələ də qorunub saxlanılır və hazırda muzey kimi fəaliyyət göstərir. İnsanların xatirələrini dinləmək, qorunub saxlanmış muzeyi görmək maraqlı olacaq. Ümidvarıq ki, əlaqə yarada biləcəyik”.
 
Qeyd edək ki, Azərbaycana gələcək on nəfərlik qrupun tərkibinə Karlskuq şəhərinin Nobel muzeyinin əməkdaşları və bu şəhərin İşgüzar İnsanlar Klubunun üzvləri daxildir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar