Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveç alimləri: “Ac qalanda bizim dronlarınızı yeyə bilərsiniz” - Video

Hazırda alimlər cihazın konstruksiyasını daha yeməli etmək və ona su çəni əlavə etmək üzərində işləyirlər...

İsveçrənin Lozanna Federal Texnologiya İnstitutunun alimləri bir hissəsi yeməli materialdan hazırlanan pilotsuz təyyarə hazırlayıblar.

Bu tərtibat fövqəladə vəziyyətdə insanların həyatını xilas etmək üçün nəzərdə tutulub - əlavə kalorilər onlara xilasediciləri gözləməyə kömək edə bilər.

Məlumata görə, dronun yeməli olan hissəsi qanadlarıdır - onlar düyü unundan hazırlanır və peçenyelərə bənzəyir. Onlar uçuş zamanı zədələnməmələri üçün folqa ilə sarınır.


Alimlərin fikrincə, belə bir dron hər hansı səbəbdən ərzağa əli çatmayan insanlara effektiv şəkildə yeməklə təmin edəcək. Belə bir dronun göndərilməsi onlara kömək gələnə qədər  - əlavə bir və ya iki gün dayanması üçün nəzərdə tutulub.

Tədqiqatçıların sözlərinə görə, qanadsız olandan sonra pilotsuz təyyarə yararsız sayılsa da insan həyatının mümkün xilası üçün bu kiçik qiymətdir.

Hazırda alimlər cihazın konstruksiyasını daha yeməli etmək və ona su çəni əlavə etmək üzərində işləyirlər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar