Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstiqlal Muzeyində “Yaşayan, Yaşadılan İrs” adlı tədbir-sərgi keçirilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 dekabr 2023-cü il Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi ilə əlaqədar sərəncamına uyğun olaraq 16 fevral saat 1500 da Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, ictimai-siyasi xadim, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubeleyinə həsr olunmuş “Yaşayan, Yaşadılan İrs” adlı tədbir-sərgi keçirilib.
Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. M.Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur.

Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Rais Rəsulzadə, M.Rəsulzadə ev muzeyinin ictimai qrupunun sədri, professor, alim Solmaz Rüstəmova-Tohidi, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, tanınmış telejurnalist, rejissor Vahid Mustafayev, digər elm xadimləri, ziyalılar Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixində M.Rəsulzadənin malik olduğu rol, zəngin həyat yolu, ictimai-siyasi, ədəbi fəaliyyəti haqqında çıxış etdilər.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin kolleksiyasından və araşdırmaçı, jurnalist, kolleksiyaçı Dilqəm Rəhim oğlu Əhmədovun şəxsi kolleksiyasında mühafizə olunan Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətinin əks olunduğu fotolar və sənədlərdən ibarət sərgi açılıb.

Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyası nəzdində Asəf Zeynallı adına musiqi kollecin tələbələri klassik musiqi əsərləri ifa etdilər.
Tədbirdə elm xadimləri, ziyalılar, qazilər, tarixçilər, BDU-nin və ADPU-nin Tələbə Həmkarlar Təşkilatının üzvləri və digər qonaqlar iştirak etdilər.
Sərgi fevralın 29-na qədər davam edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Ən çox oxunanalar