Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstilik sisteminə sayğac quraşdırılmasına başlanacaq – Rəsmi

“Azəristiliktəchizat” ASC-də sayğaclaşma ilə bağlı artıq müvafiq şirkətlərlə danışıqlara başlanılıb...

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.

“Artıq 2022-2023-cü illər istilik mövsümündən başlayaraq pilot layihə olaraq müxtəliftipli yaşayış və qeyri-yaşayış binalarında istilik sayğaclarının quraşdırılması nəzərdə tutulur”, - mətbuat katibi əlavə edib.

Qeyd edək ki, istilik sayğacları quraşdırılandan sonra verilən istilik enerjisinin dəqiq qeydiyyatı aparılacaq. Hazırda istilik tarifləri yaşayış sahəsinə görə hesablanır. Sayğac yoxdursa, 1 kvadratmetrin qızdırılmasında sərf olunan istilik enerjisinin miqdarı götürülür və ona uyğun tarif tətbiq olunur. Havaların isti və soyuq olması ilə əlaqədar binalara müxtəlif dərəcə istilik verilir, müxtəlif miqdarda istilik enerjisi sərf olunur. Amma kvadratmetrə tarif tətbiq olunanda verilən temperaturdan asılı olmayaraq, eyni tarif tətbiq olunur. İstilik sayğacları isə konkret verilən istilik enerjisinin miqdarını ölçəcək və hesablaşmalar da bunun əsasında aparılacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Ən çox oxunanalar