Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailin şübhəsi: Vaşinqton Təl-Əvivə İran qarşı birgə hərbi planlar təklif edib...

Vaşinqton əmin edir ki, söhbət heç də İranın nüvə obyektlərinə hücum planlarının hazırlanmasından getmir...

Vaşinqton İsrailə İrana qarşı hərbi plan hazırlamaqla bağlı təklif verib.

Poliqon xəbər verir ki, bu barədə ABŞ-ın Axios nəşri çərşənbə günü Amerika və İsrail hakimiyyət orqanlarının adlarını açıqlanmayan nümayəndələrinə istinadən məlumat yayıb. Məlumatda qeyd edilir ki, iki ölkənin hərbçiləri İranın hərəkətlərinə cavab vermək üçün birgə planlar hazırlaya bilərlər.

“Co Baydenin administrasiyası bir neçə həftə əvvəl İsrailiİran üçün birgə hərbi planlaşdırma ideyası ilə tanış edib”, deyə üç ABŞ və İsrail rəsmisi Axios-a bildiriblər.

Amerika tərəfi vurğulayıb ki, bu, ABŞ və İsrail arasında hərbi əməkdaşlığın əhəmiyyətli inkişafına səbəb olacaq görünməmiş təklifdir. Mənbə bildirib ki, bu təklif ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli və ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurillanın İsrailə son səfərləri zamanı İsrail tərəfinin diqqətinə çatdırılıb.

Bununla belə, amerikalı mənbələrdən biri aydınlaşdırıb ki, bu, təklif İranın nüvə proqramına ABŞ-İsrail birgə hər hansı zərbənin planlaşdırılması ilə bağlı deyil.

Axiosun yazır ki, İsrail hakimiyyəti ABŞ-ın bu təşəbbüsünə şübhə ilə yanaşır. Təl-Əvivdə hesab edirlər ki, Vaşinqton İsraili İrana qarşı, xüsusən də onun nüvə proqramına qarşı hərəkət etmək imkanından məhrum etməyə çalışır.

Lakin İsrail Vaşinqtonun planını rədd etməyib, aydınlıq gətirilməsini istəyib. ABŞ rəsmisi Axios-a izah edib ki, Amerikanın təşəbbüsü İsraili fəaliyyət azadlığından məhrum etmək deyil, onu dəstəkləmək məqsədi daşıyır. Onun çərçivəsində tərəflər İranla bağlı müxtəlif fövqəladə hallar zamanı planlar mübadiləsi aparacaq və Tehranın regiondakı fəaliyyəti ilə bağlı yaranan hadisələrin müxtəlif ssenarilərində ən yaxşı şəkildə necə davranmağı müzakirə edəcəklər.

Portal qeyd edir ki, iki həftə əvvəl ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutunda çıxışı zamanı İsraili narahatlığa əsas olmadığına inandırmağa çalışıb.

"Biz açıq şəkildə bildirdik ki, İranın nüvə silahına malik olmasına heç vaxt icazə verilməyəcək. ABŞ prezidenti Co Bayden dəfələrlə dediyi kimi, bu məqsədə çatmaq üçün lazımi tədbirləri görəcək, o cümlədən İsrailin fəaliyyət azadlığını tanıyacaq", deyə Sullivan bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Ceyk Sallivan: İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq

İsrail Ordusu: İran tərəfdən artıq təhlükə yoxdur

Gələn ay Azərbaycana 160 elektrik mühərrikli avtobus gətiriləcək

Kamran Əliyev prokurorluq əməkdaşlarını təltif edib

Ən çox oxunanalar