Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsraildə parlament seçkiləri - Netanyahunun partiyası uduzur

Seçkilərin ilkin nəticələri açıqlanıb

İsrail Knessetinə (parlament) seçkilərin ilkin nəticələrinə görə, heç bir partiya həlledici qələbəyə nail olmayıb. Buna görə də tərəflərdən biri irəli çıxıb hökumət qurana qədər ölkə siyasi qeyri-sabitliklə üzləşəcək.

PİA.az xəbər verir ki, Mərkəzi Seçki Komitəsinin məlumatında seçicilərin 69,4 faizinin seçki hüquqlarından istifadə etdiyi bildirilib. Bu, aprel ayında keçirilmiş seçkilərdə iştirak edənlərin sayından 1,5 faiz çoxdur. Səslərin 90 faizi artıq hesablanıb. Bu nəticələrə görə, İsrailin siyasi səhnəsindəki tərəflərin bərabərliyi əhəmiyyətli dərəcədə dəyişməyib:

Benyamin Netanyahu, Likud partiyası – 32 mandat

Benni Qantz, Mavi və Ağ Partiyası – 33

Əmək + Gesher – 6

“The Joint Arab List” – 11

“United Torah Judaism” – 8

“Yemina” – 7

Demokratik Partiyası – 5

“Shas” – 9

“Yisrael Beiteinu” – 9.

Seçkilərdə namizədliyi irəli sürülmüş digər partiyalar elektoral həddi keçə bilməyib. Əsas rəqabət Baş Nazir Benyamin Netanyahunun “Likud” sağ mərkəzçi partiyası ilə Benni Qantzın sol mərkəzçi “Mavi və Ağ” partiyası arasında gedir. İki partiya bərabər mandata sahib olsa, Netanyahu koalisiya yaratmaq üçün daha yaxşı fürsət qazana bilər. Digər tərəfdən isə Prezident Reuven Revlin Benni Qantza hökuməti qurmasını tapşıra bilər. Çünki hələlik cüzi də olsa, onun partiyası “Likud” partiyasını üstələyir.

Müzakirə olunan digər çıxış yolu isə birlikdə koalisiya hökumətinin qurulmasıdır.

Knessetin üzvü olan Aviqdor Liberman özünün 9 mandatı ilə yeni Baş Naziri seçəcək şəxs ola bilər. O, dini və ya Ortodoks elementlərin yer almadığı liberal hökumət qurulmasının tərəfdarıdır.

Bu rəqəmlərə hərbçilərin səsləri daxil deyil. Adətən onların səsləri sağ mərkəzçi partiyalara gedir və bu da sağyönümlü qüvvələrə dəstək deməkdir. (unikal.org)

pia.az


Etiket: İsrail seçki

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar