Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail və Qarabağ münaqişəsi

İsrailin əlavə bir münaqişəyə, yəni Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsi ağılsızlıq kimi görünə bilər


«Haaretz» qəzeti bu günlərdə yazdı ki, Azərbaycanın hərbi təyyarəsi Dağlıq Qarabağda 4-günlük toqquşmalar zamanı iki dəfə İsrailə enib. Bu, çoxlarını təəccübləndirdi».

 Tabletmag.com saytında Armin Rosen yazır ki, bu, heç də İsrailin xarici siyasətdə diqqətsizliyi deyil, indiki məqamda hərəkət azadlığıdır. Hazırda regionda İsrailin xarici siyasəti daha üstün mövqedədir. 

Müəllif Azərbaycanın İsrailin ən yaxın müsəlman müttəfiqlərindən olduğunu vurğulayır və qeyd edir ki, Dağlıq Qarabağda son toqquşmalar Təl-Əvivin xarici siyasəti üçün elə də əlverişli məqamda baş verməyib. Suriya münaqişəsində Rusiyayla İsrail, az qala, toqquşacaqdı, sonradan əldə etdikləri razılaşma əsasında İsrail «Hizbullah» hədəflərini vurur. Amma Dağlıq Qarabağ münaqişəsində tamamilə əks qütblərdə dayanırlar. Rusiyanın Ermənistanda hərbçiləri var. İsrail isə Azərbaycanı müasir silahlarla təmin edir. ATƏT AzərbaycanErmənistana silah satışına embarqonu saxlasa da, İsrail Azərbaycanla münasibətlərini bu embarqodan üstün sayır. «Haaretz» yazır ki, İsrail son 4 ildə Azərbaycana 5 milyard dollarlıq silah satıb.

Ancaq Dağlıq Qarabağ münaqişəsində Təl-Əviv yenə də ehtiyatlı davranır. Məsələn, Ermənistanı Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmağa çağırmayıb. Çünki bu halda özünün İordan çayının Qərb sahilini işğalına diqqət çəkmiş olardı. Axı İsrail də özünə aid olmayan torpaqlardan əsgərlərini çıxarmır. Yaxud Dağlıq Qarabağın statusunun həllini münaqişə tərəflərinə buraxır. «Haaretz» yazmasaydı, Azərbaycana hərbi yardım da gizli qalardı. Əks halda Rusiyanın müttəfiqi olan Ermənistanla diplomatik ziddiyyət yaranar.

Müəllifin fikrincə, İsrailin Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqenin daha bir izahı var. Hazırda İsrail regionda indiyədək görünməmiş strateji mövqe qazanmaqdadır. İsrail qonşu ölkələrdə sabitsizlik yaratmış Suriya münaqişəsinin öhdəsindən məharətlə gəlib. Fələstin fraksiyaları zəiflədilib, parçalanmış durumdadır. İsrail Türkiyəylə də münasibətlərini normallaşdırır. Hətta Səudiyyə Ərəbistanı hazırda onun Qırmız Dənizə və Hind Okeanına çıxışını təmin edir.

«İsrailin strateji mövqeyinə təhlükələr yox deyil – İranBMT Təhlükəsizlik Şurasının müxtəlif qətnamələri. Lakin indilik İsrail siyasi nəticələrindən asılı olmayaraq, Azərbaycan kimi ölkələrlə öz şərtləri əsasında münasibət yaratmaqdan ötrü yetərincə güclü mövqedədir». (“Azadlıq” radiosunun xülasəsi)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Ən çox oxunanalar