Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail səfiri BMT-nin hesabatına cavab verdi: Onlar HƏMAS-a istinad edirlər..

İsrailin Rusiyadakıı səfiri Aleksandr Ben Zvi BMT agentliyinin Qəzza zolağında həlak olanların 70%-nin qadın və uşaqlar olması ilə bağlı məlumatları ilə razılaşmayaraq, bunun yalnız Fələstin HƏMAS hərəkatının təxmini olduğuna işarə edib...

Poliqon xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Səfir BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarininin məlumatını şübhə altına alıb.

“Mən hesab edirəm ki, bu rəqəmlər sadəcə yanlışdır. Onların, bütün bu qurumların dəqiq məlumatları yoxdur. Onlar bu məlumatları HƏMAS-ın nəzarətində olan Səhiyyə Nazirliyindən alırlar”, deyə Ben Zvi vurğulayıb.

Onun sözlərinə görə, gələcəkdə Fələstin tərəfinin səsləndirdiyi bütün məlumatlar ayrıca yoxlanılmalıdır.

“Biz HƏMAS-ın nəzarət və liderlik nöqtələrinin harada olduğunu dəqiq bilirik və zərbələri oraya yönəldirik. Problem ondadır ki, HƏMAS mülki əhalidən canlı qalxan kimi istifadə edir”, deyə səfir əlavə edib.

Qeyd edək ki, BMT-nin hesabatına görə, Qəzza zolağında 8000-dən çox insan həlak olub, onların 2/3-si qadın və uşaqlardır. Təşkilat Qəzzada çalışan bir sıra humanitar missiyaların nümayəndələrinə istinad edir. Onlar da öz növbəsində Qəzzadakı Səhiyyə Nazirliyi və humanitar təşkilatların məlumatlarına istinad edirlər.

Xüsusilə, BMT-nin Yaxın Şərqdəki fələstinli qaçqınlara yardım və işlərin təşkili üzrə Agentliyinin (UNRWA) baş komissarı Filippo Lazzarini son üç həftənin dəhşətli olduğunu və indi demək olar ki, hər kəs İsraildə, işğal olunmuş Fələstin ərazilərində və bölgədə yas içində olduğunu bildirib.

Lazzarini əlavə edib ki, Save the Children təşkilatının məlumatına görə, Qəzza zolağında həlak olanların təxminən 70%-i uşaqlar və qadınlardır. Təşkilat oktyabrın 29-da bildirib ki, Qəzzada cəmi 3 həftə ərzində 3200-ə yaxın uşaq öldürülüb və bu da 2019-cu ildən bəri hər il dünyada münaqişə zonalarında ölən uşaqların sayından çoxdur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Tavuşun Kirants kəndində sakinlərlə polis arasında qarşıdurma yaranıb - Video

Kral III Çarlz xərçəng diaqnozundan sonra gələn həftə vəzifələrinə davam edəcək

Ən çox oxunanalar