Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail Qəzzada girovların azad edilməsi üçün danışıqlar aparır

İsrailin baş naziri Benyamin Netanyahu radikal HƏMAS qruplaşmasının yaraqlıları tərəfindən əsir götürülən şəxslərin qohumları ilə görüşündə Qəzzada girovların azad edilməsi ilə bağlı danışıqların aparıldığını açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə The Jerusalem Post qızeti məlumat yayıb.

Netanyahunun sözlərinə görə, Misir və Qətər girovların qaytarılmasına şərait yaradır.

"Mən danışıqların statusu ilə bağlı təfərrüata girə bilmərəm, lakin biz onların hamısını evə qaytarmaq üçün çalışırıq. Məqsədimiz budur", deyə baş nazir bildirib.

Netanyahu həmçinin fələstinlilərin deradikalizasiyasını Qəzzada sülhün şərti adlandırıb. O, sülh üçün digər şərtlər kimi sektorun demilitarizasiyasını və HƏMAS-ın məhv edilməsini göstərib.

Qeyd edək ki, bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu isə Qəzza zolağında sülhün bərqərar olması üçün bütün Fələstin cəmiyyətinin "eradikallaşdırılmasını" şərt adlandırmışdı. Əvvəllər o, Qəzzanın demilitarizasiyasına beynəlxalq müdaxiləni rədd etmişdi.

Ötən günlərdə yayılan məlumatlara görə, Misir, Qətər, ABŞ, İsrail, Fələstin rəhbərliyi və HƏMAS-ın siyasi qanadı arasında müxtəlif formatlarda atəşkəs danışıqları aparıldığı barədə xəbərlər yayılsa da, hələlik heç bir rəsmi açıqlama yoxdur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Kral III Çarlz xərçəng diaqnozundan sonra gələn həftə vəzifələrinə davam edəcək

Nazpəri Dostəliyeva: “Ailə qurduqdan sonra həyat yoldaşım icazə verdi, toylara getdim” - Video

Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Ən çox oxunanalar