İsrail prezident İsaak Hersoq Beynəlxalq Holokostu Anma Günü ilə bağlı Brüsselə yola düşüb…
İsaak Hersoq Beynəlxalq Holokostu Anma Günü ilə bağlı Avropa Parlamenti qarşısında planlaşdırılan çıxışından əvvəl beynəlxalq liderlərlə görüşəcək və İranın nüvə təhlükəsi və HƏMAS tərəfindən əsir götürülən israillilərlə bağlı müzakirə aparmaq üçün çərşənbə günü səhər Brüsselə yola düşüb.
PİA.az xəbər verir ki, bu barədə The Yerusalem Post qəzetinin məlumatında bildirilir.
“Beynəlxalq Holokostu Anma Günündə əsas tədbirlərdən biri Avropa xalqlarını təmsil edən Avropa Parlamentinin sessiyasıdır”, söyləyən Hersoq çərşənbə günü səhər tezdən təyyarəyə minməzdən əvvəl mediaya müsahibə verərkən belə deyib:
“Mən Avropa Parlamenti qarşısında çıxış etmək şərəfinə sahib olacam və dünyaya sülh əlini uzadan yəhudi xalqının demokratik, güclü, milli dövləti olan İsrail Dövlətinin adından danışacağam”.
Prezident qeyd edib ki, o, Holokost qurbanlarının və sağ qalanların hekayəsi barədə danışacaq:
“Mənə elə gəlir ki, səksən il bundan əvvəl heç kim ağlına belə gətirə bilməzdi ki, yəhudi xalqının dövlət başçısı Avropa parlamenti qarşısında dayanıb bəşəriyyət tarixində ən dəhşətli hadisəni qeyd edəcək”.
Hersoq Belçikada yerli və beynəlxalq liderlərlə görüşəcək
Hersoq Avropa və Belçika liderləri və Belçikadakı yerli yəhudi icması, həmçinin NATO rəsmiləri ilə görüşməyə hazırlaşır.
O, səfərinə Brüssel Kral Sarayından başlayacaq və burada Kral Filip tərəfindən qəbul ediləcək. Prezident daha sonra Athenée Ganenou yəhudi məktəbinə baş çəkəcək.
Hersoq Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşməyə və Avropanın Böyük Sinaqoquna baş çəkməyə davam edəcək.
“Bütün bu yerlərdə, əlbəttə ki, nüvə silahına doğru yarışan, bütün Yaxın Şərqdə terrordan istifadə edən və Ukrayna xalqına qarşı istifadə olunan silahlarla təmin edən İranın timsalında bizim və bütün Yaxın Şərqin qarşısında duran böyük problemi qaldıracağam. HƏMAS-ın girov saxladığı İsrail övladlarını dərhal azad etməyə çağıracaq və dərhal azad etməyə və İsrailə qayıtmağa çağırdığımız övladlarımız olan girovların məsələsini də müzakirə edəcəm”, deyə İsrail prezidenti səfər öncəsi verdiyi açıqlamasında bildirib.
Tərcümə PİA.az-a aiddir
pia.az