Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail İrana hücum hazırlıqları üçün 1.5 milyard dollar büdcə ayırdı - Unikal silahlar alınacaq

İsrail hökuməti İranın nüvə obyektlərinə qarşı potensial hücuma hazırlıq üçün 1.5 milyard dollar ayırıb.

virtualaz.org xəbər verir ki, bu haqda İsrailin “Channel 12” telekanalı bildirir. Məlumata əsasən ordunun İrana qarşı potensial hücuma hazırlaşdırılması üçün vəsaitin 1 milyard dolları bu ilin büdcəsindən, 500 milyon dolları isə gələn ilin büdcəsindən xərclənəcək. Vəsait müxtəlif tipli təyyarələrə, pilotsuz uçan aparatlara, kəşfiyyat məlumatlarının toplanılmasına, o cümlədən peyklərlə kəşfiyyatın aparılmasına, nüvə obyektlərinə zərbələrin endirilməsi üçün əlavə vasitələrin və unikal silahların əldə edilməsinə xərclənəcək.

Bu xərclərin noyabr ayında təsdiqlənəcəyi gözlənilir. İsrailin İrana hücum üçün büdcə ayırması xəbəri ABŞ Hərbi Hava Qüvvələrinin GBU-72 “Advanced 5K Penetrator” bunkerdağıdan bombalarının sınaqlarının uğurla başa çatmasını elan etməsindən bir neçə gün sonraya təsadüf edib. 2.5 ton ağırlığındakı bu bomba İranın yeraltı nüvə obyektlərini dağıtmaq üçün nəzərdə tutulur.

Lakin mühüm olanı budur ki, GBU-72 qırıcılarda və ya ağır bombardmançılarda daşınmaq üçündür. İsraildə isə ABŞ-ın arsenalında olan bu ağır bombaları daşımaq üçün vasitələr yoxdur. Daha yüngül olan GBU-28 bunkerdağıdan bombaları 2009-cu ildə gizlicə İsrailə satılıb, amma onlar İranın dağların altında yerləşdirilmiş Fordo nüvə mərkəzini dağıtmaq gücündə deyil.

“Channel 12” qeyd edir ki, ABŞ Hərbi Hava Qüvvələri Floridadakı bazasında GBU-72 bombasının təxminən 11 min metr hündürlükdən atılmasını reklam etməklə İrana xəbərdarlıq etmək istəyib, ona Vyanada nüvə sövdələşməsinə dair danışıqlara qayıtmaq mesajı verib.

Ötən ay İsrail silahlı qüvvələrinin Baş qərargah rəisi Aviv Kohavi bəyan etmişdi ki, onun ölkəsi İranın nüvə proqramlarına qarşı fəaliyyət hazırlıqlarını xeyli sürətləndirib. Onun sözlərinə görə, İsrailin müdafiə büdcəsinin əhəmiyyətli hissəsi məhz bu məqsəd üçün nəzərdə tutulub.

Kohavi bu ilin yanvarında bildirmişdi ki, İsrail ordusu İrana güclü zərbələrin endirilməsi üçün “yeni əməliyyat planları” hazırlayır. Avqust ayında isə Baş qərargah rəisi İranın nüvə fəaliyyətini sürətləndirməsinə cavab olaraq İsrail ordusunun öz əməliyyat planlarının yerinə yetirilməsini də sürətləndirildiyini deyib. (virtualaz.org)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay