Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail etirazlara görə hərbi çevrilişlə üzləşə bilər…

Politoloq Tsipis: İsrail etirazlara görə hakim koalisiyada parçalanma və hərbi çevrilişlə üz-üzədir…

Poliqon xəbər verir ki, bu barədə israilli politoloq Simon Tsipis Rusiyanın “Komsomoskaya Pravda” qəzetinə bildirib. Politoloq qeyd edib ki, İsraildə etirazlar koalisiyanın parçalanması və dörd il ərzində beşinci növbədənkənar parlament seçkiləri ilə başa çata bilər.

“Bundan əlavə, ölkədə hərbi çevriliş təhlükəsi yaranıb”, deyə ekspert qeyd edib. O qeyd edib ki, İsraildəki siyasi böhranın həlli üçün bu variant daha optimal ola bilər.

“Məncə, perspektivlər çox acınacaqlıdır. Birincisi acınacaqlı vəziyyət odur ki, İsrailin baş naziri Benyamin Netanyahu bu islahatdan imtina edərsə və bu islahat dayandırılarsa, koalisiya parçalanacaq və bu, hökumətin süqutuna gətirib çıxaracaq. Bu da öz növbəsində yeni, son dörd ildə artıq beşinci dəfə parlament seçkilərinin keçirilməsi deməkdir ki, bu böhran İsrail cəmiyyətini tamamilə parçalayacaq. Problemin ikinci, daha az əyləncəli, lakin bəlkə də daha düzgün həll hərbi çevrilişdir”, deyə Tsipis bildirib.

Politoloq qeyd edib ki, İsrail xalqı məhkəmə islahatlarına qarşı deyil, bu islahatların necə həyata keçirilməsinə etiraz edir. Ekspert izah edib ki, qanun layihəsi ilə bağlı hökumət nə referendum, nə də parlamentdə səsvermə keçirməyib. Bütün qərarlar gizli, gecə vaxtı Nazirlər Kabinetinin dar çevrəsində qəbul edilir.

“İsraillilər dövlət başçısının yalnız sağlamlıq və ya ölüm səbəbi ilə vəzifədən kənarlaşdırıla biləcəyi son impiçment qanunundan da narazıdırlar. Bundan əlavə, “Deri-2” adlanan qanun etirazlara səbəb olub”, deyə Tsipis vurğulayıb.

“Arye Deri nazirlərimizdən biridir. O, residivist cinayətkardır. Deməli, “Deri-2” qanunu residivistin cəzasını çəkdikdən sonra siyasi həyata qayıtmasına və hətta nazir postunu tutmasına icazə verir. İndi təsəvvür edin ki, residivist cinayətkar ədliyyə naziri postunu tutur”, deyə Tsipis fikrini izah edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar