Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail BMT-nin humanitar koordinatorunun vizasını ləğv edb

İsrail BMT-nin humanitar koordinatorunun vizasını “BMT-nin qərəzliliyi” səbəbindən ləğv edib...

Poliqon xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen X sosial çəbəkəsində yazıb.

“Biz BMT-nin qərəzli mövqeyi qarşısında daha səssiz qalmayacağıq”, deyə nazir vurğulayıb.

Koen bildirib ki, Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatorun müavini və BMT-nin işğal olunmuş Fələstin ərazisi üzrə rezident əlaqələndiricisi olan Linn Hastinqs HƏMAS-ın 7 oktyabr hərəkətlərini pisləməyib.

“Həması 1200 israillinin vəhşicəsinə qətliamına, körpələrin və qocaların oğurlanmasına, dəhşətli zorakılıq və zorlama aktlarına və Qəzzalıları canlı qalxan kimi istifadə etməsinə görə qınamayan, əksinə, İsraili, özünü müdafiə edən demokratik ölkəni pisləyir. Bu insanlar BMT-də xidmət edə bilməzlər və İsrailə girə bilməzlər”, deyə Koen bildirib.

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik bununla bağlı bildirib ki, Hastinqin vizası keçən həftə ləğv edilib. Bununla belə, Düjarrik BMT Baş katibinin Hastinqə “tam etimad göstərdiyini” deyib.

“Mən yalnız Baş katibin xanım Hastinqsə özünü aparma tərzinə və işini yerinə yetirməsinə tam etimadını təsdiq edə bilərəm”, deyə Düjarrik əlavə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar