Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsmayıllı məhbusunun şərləndiyi iddia olundu


Keçmiş icra başçısı Nizami Ələkbərov şərləyib həbs etdirdiyi Vasif İbrahimovun ailəsini rahat buraxmır


İsmayıllı hadisələrində həbs olunmuş, hazırda dustaq həyatı yaşayan Vasif Ədalət oğlu İbrahimovla bağlı redaksiyamıza yazı daxil olub. Yazıda V.İbrahimovun günahsız olduğu iddia edilir. Onun həbsinin əsl səbəbləri göstərilir.

Yazı müəllifi özünün xahişi ilə adının gizli qalmasını xahiş edir. Redaksiya onun bu xahişini nəzərə alaraq məktubun əsas məğzini çap etmək qərarına gəldi. Məktubdan qeydlər: “Vasif Ədalət oğlu İbrahimov İsmayıllı hadisələrinə görə məhkum edilərək 8 il azadlıqdan məhrum edilib. Onun adı ölkənin hüquq müdafiəçilərinin razılaşdırdığı siyasi məhbuslar siyahısına daxil edilib. Ötənilki məhkəmə prosesi onun tamamilə günahsız olduğunu üzə çıxardı”.

Məktub müəllifi yazır: “Vasif İbrahimov həbs edilənədək fərdi sahibkarlıq fəaliyyəti göstərib. İsmayıllı hadisələrinədək keçmiş icra başçısı Nizami Ələkbərovla kəskin konfliktdə olub. Belə ki, fəaliyyətini qanunlara uyğun təşkil etmiş Vasif İbrahimov yerli hakimiyyətin haqsız tələblərinə rədd cavabı verib. Bunun nəticəsi olaraq N.Ələkbərov qeyri-formal şəkildə rayonun arxitektoru kimi işlətdiyi bacanağı Mirələsgər adlı şəxslə birləşərək onun dükanını qanunsuz sökdürüb. Bu hadisə 2008-ci ildə baş verib. Ondan tələb ediblər ki, yolların genişləndirilməsi ilə əlaqədar dükan yoldan ən azı 30 metr aralıda olmalıdır. Halbuki Vasif İbrahimovun dükanını sökdürəndən sonra elə həmin küçədə, düz yola bitişik çoxlu sayda sahibkarlıq obyektlərinin tikintisinə icazə veriblər. Bu haqsızlıqla barışmayana Vasif İbrahimov pozulmuş hüquqlarının bərpası uğrunda mübarizəyə başlayıb. Bundan hiddətlənən Nizami Ələkbərov V.İbrahimovun başqa yerdə yerləşən daha bir neçə obyektini sökdürüb. Beləliklə, icra başçısı-sahibkar qarşıdurması daha da dərinləşib. Sözsüz ki, hüququn işləmədiyi bir məmləkətdə yalnız öz bacarığına güvənən arxasız sahibkar qardaşı nazir postu tutan Nizami Ələkbərov kimi arxalı məmura heç nə edə bilməzdi. Beləliklə, bu qarşıdurma, ora-bura şikayətlər İsmayıllı hadisələrinədək davam edir. Bu hadisə Nizami Ələkbərov üçün əzəli düşmənindən birdəfəlik qurtarmaq üçün əla imkan yaradır və təbii ki, o, belə gözəl fürsəti qaçıra bilməzdi”. 

Müəllif daha sonra yazır: “Bununla da Vasif İbrahimovun adı İsmayıllı hadisələri ”cinayətkarlarının" siyahısına düşür. Artıq 2 ilə yaxındır ki, V.İbrahimov haqsız yerə zindanda yatır. Lakin bu da İsmayıllı məmurlarının ondan əl çəkməsi anlamına gəlmir. Artıq Nizami Ələkbərov orada işləməsə də onun dərin kök salmış iş üslubu və ənənələri davam etməkdədir. Nizami Ələkbərovun ən sevimli kadrlarından biri olan İsmayıllı şəhərinin meri Məhərrəm Əhmədov artıq iki aydır ki, Vasif İbrahimovun atasından 2008-ci ildə sökülmüş dükanın yerinin asfaltlanmasını, daha doğrusu, bu iş üçün 1700 manat istəyir. Baxmayaraq ki, İsmayıllı şəhərinin abadlaşdırılması üçün 2 milyon manat ayrılmışdır. Təbii ki, ata oğlunu şərləyib həbsə atmış bir qurumun məmurunun tələbini yerinə yetirməkdən boyun qaçırıb. Ancaq şəhər meri Məhərrəm Əhmədov təkidlərində və təhdidlərində davam edir. Ölkədə qanunsuzluğun baş alıb getdiyi bir zamanda məhbus ailəsinin məmur təzyiqlərinə nə qədər davam gətirəcəyini söyləmək çətindir. Kim bilir. Bəlkə də İbrahimovlar ailəsindən növbəti siyasi məhbus çıxacaq. Belə getsə, bu, çox realdır. Əgər Vasifi şərləyib həbsə atdılarsa, nədən Ədalət kişi ilə də eyni cür davranmasınlar?"

Yazıda adları çəkilən və ittiham olunan şəxsləri dinləməyə, mövqelərini çap etməyə hazırıq.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar