Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İŞİD-in təhdid xəritəsi yayıldı

İŞİD terror təşkilatının dünya üzərindəki gücünü göstərən qrafik və xəritə yayılıb


Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qrafiki İŞİD ilə əlaqəli olan "Amaq" xəbər agentliyi yayıb. Özü də İstanbul Atatürk Hava Limanındakı partlayışdan bir neçə saat sonra.

Qrafikdən görünür ki, əvvəlcə İŞİD-in ən güclü olduğu bölgələr təqdim edilir. Və məlum olur ki, Türkiyə İŞİD-in ən çox təhdid etdiyi ölkələr arasındadır.

Təqdim edilən qrafikdə terror təşkilatının təsir gücü 3 hissəyə bölünüb.



1-ci hissədə İŞİD-in tam nəzarətində və gizli məkanların olduğu bölgələr göstərilir. Qrafikdən belə məlum olur ki, bu bölgələr Suriyaİraqdır. Və ən çox da burada fəaliyyət göstərirlər. 2-ci hissədə orta dərəcədə nəzarət edilən yerlər qeyd edilir. Burada artıq 10 ölkənin adı çəkilir: Orta Asiyada Əfqanıstan, Yəmən, Afrikada Somali, Nigeriya, Niger, Şimali Afrikada Misir, Liviya, Şərqi Avropada Çeçenistan, Dağıstan, Uzaq Şərqdə isə Fillipin…

3-cü hissədə İŞİD-in gizli fəaliyyət göstərildiyi 7 ölkənin adı sıralanır. Və bunların çoxu son vaxtlarda terror təşkilatının hədəfi olub: Səudiyyə Ərəbistanı, Türkiyə, Əlcəzair, Fransa, Tunis, Livan, Banqladeş.

İngilislərin "Daily Mail" qəzetinin internet saytında İŞİD-in hədəfində və ən çox təhlükəli olan ölkələrin xəritəsi yer alıb. Bunlar Türkiyə, Rusiya, Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, Mərakeş, Əlcəzair və Tunisdir.



Xəritədə İtaliya, İslandiya, İsveç və Yunanıstan əsasən risk altında olan ölkələr kimi qeyd edilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Samir Şərifov: Hökumət dəmir yolu infrastrukturu üçün AİB-dən vəsait cəlb edə bilər

Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət aslanların kimliyi məlum olub - Yenilənib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - Yenilənib

Ən çox oxunanalar