Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrqaın baş nazirinə dronla hücum edilib - Yaralılar var...

Ötən gün axşam saatlarında İraqın baş naziri Mustafa əl-Kazımiyə içərisinə partlayıcı doldurulmuş pilotsuz uçan aparatla sui-qəsd olub. “Reuters” xəbər verir ki, baş nazirin Bağdadın möhkəmləndirilmiş Yaşıl zonasında yerləşən iqamətgahına endirilən zərbə nəticəsində əvvəlcə onun yaralandığı bildirilib. Lakin daha sonra İraq hökuməti baş nazirin salamat olduğunu, dron hücumu nəticəsində onun bir neçə mühafizəçisinin yaralandığını açıqlayıb.

İraq hökumətindəki iki mənbə agentliyə bildirib ki, baş nazirin iqamətgahında azı bir partlayış baş verib, amma Mustafa əl-Kazımi xəsarət almayıb. “Əl-Hadas” telekanalı baş nazirin 10 mühafizəçisinin yaralandığını, onun iqamətgahına maddi zərər dəydiyini xəbər verir.

Gücləndirilmiş mühafizə sisteminə malik olan Yaşıl zonada hökumət binaları və xarici ölkə səfirlikləri yerləşir. Orada yaşayan diplomatlar da partlayış və atəş səsi eşitdiklərini deyiblər. Hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays İraq baş nazirinə hücumu pisləyib və Vaşinqtonun bu hücumun araşdırılması üçün Bağdada kömək göstərməyə hazır olduğunu bildirib.

İraq təhlükəsizlik xidmətlərinin açıqlamasında deyilir ki, baş nazirin iqamətgahına partlayıcı doldurulmuş dronla hücum Mustafa əl-Kazımini öldürmək cəhdidir , lakin onu vaxtında təhlükəsiz yerə təxliyyə etmək mümkün olub. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ən çox oxunanalar