Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvanın Tiflislə münasibətləri gücləndirmək cəhdləri - Bu cəhd alınacaq?


Politoloq: “Ermənistan ağıllı addım atır. Gürcüstanı yanına alaraq blokadanı qırır”


Ermənistan yeni qərbyönümlü prezidenti baş naziri və nazirlər kabineti istənilən halda Qərblə yaxınlaşmağa gedəcək. Buna da Azərbaycan hazır olmalı və indidən hərəkətə keçməlidir”.

Bu fikirləri politoloq Əhəd Məmmədli Ermənistanın prezidenti və baş nazirinin Gürcüstana edəcəkləri səfərlərini PİA.AZ-a şərh edərkən qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyan 30-31 may tarixində Gürcüstana səfər edəcək. Paşinyandan öncə isə Ermənistan prezidenti Armen Sarkisyan 25-26 may tarixində Tbilisiyə gedəcək. Ermənistanın prezidenti və baş nazirinin Gürcüstan səfərləri regional münasibətlər fonunda diqqət çəkir. Təbii ki, İrəvanın məqsədi Bakı-Tbilisi xəttini yarmaq və regionda İrəvan-Tbilisi münasibətlərini gücləndirməkdir. İrəvan Azərbaycan torpaqlarını işğal etdiyinə görə Bakı tərəfindən məruz qaldığı blokada siyasətinin təsirlərini azaltmaq istəyir. Tbilisinin Ermənistanla əməkdaşlıqda marağı isə daha çox Rusiya təsirinə qarşı barrikada qurmaq gedişindən qaynaqlanır.

Diqqət çəkən digər məqam Gürcüstanın baş naziri Qeorqi Kvirikaşvilinin hazırda ABŞ-da səfərdə olmasıdır. Bu, o deməkdir ki, Paşinyan Tbilisidə ABŞ-dan yenicə qayıtmış gürcü baş nazirlə görüşəcək. Və mümkündür ki, regionda ruslara qarşı yeni oyunun konturları cızılır.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədliyə müraciət edib.



Əhəd Məmmədəli: “Ola bilsin qərbyönümlü Gürcüstan qərbyönümlü Ermənistan hakimiyyətindən yaxınlaşma tapşırığını ABŞ-dan alsın”.


Ermənistan Rusiyaya çıxmaq üçün Gürcüstan ərazisindən istifadə etmək istədiyini vurğulayan politoloq Əhəd Məmmədəli əlavə edib ki, Gürcüstan buna razıdır və Azərbaycan bütün bunları, əsasən də Gürcüstanın hərəkətlərini nəzərə almalıdır:

Ermənistan ağıllı addım atır. Gürcüstanı yanına alaraq blokadanı qırır. Gürcüstanda buna məmuniyyətlə gedir. Ola bilsin qərbyönümlü Gürcüstan qərbyönümlü Ermənistan hakimiyyətindən yaxınlaşma tapşırığını ABŞ-dan alsın. Əlavə Ermənistan Rusiyaya çıxmaq üçün Gürcüstan ərazisindən istifadə etmək istəyir. Gürcüstan bunada razıdır. Azərbaycan bütün bunları əsasəndə Gürcüstanın hərəkətlərini nəzərə almalıdır. 

Ermənistan yeni qərbyönümlü prezidenti baş naziri və nazirlər kabineti istənilən halda Qərblə yaxınlaşmağa gedəcək. Buna da Azərbaycan hazır olmalı və indidən hərəkətə keçməlidir. Hərəkət isə Rusiya ilə Ermənistan arasında gərginliyin artırılmasından gedir. Onsuzda suallar yaranan Rusiya Ermənistan münasibətlərini Azərbaycan bu vəziyyətdən öz xeyrinə  istifadə edə bilər. Amma bunun baş verməsi üçün gərək Azərbaycan diplomatiyası çox uğurlu gedişlər etməlidir. 

Açığı bunun öhdəsindən indiki xarici işlər nazirliyinin gələcəyindən inamım azdır. Ən azı bunun üçün Rusiyada səfirimiz professional siyasətçi və diplomatla əvəzlənməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar