Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

IRCICA-nın Baş katibi: İslamofobiya dünyada epidemiya kimi yayılıb

İslamofobiya dünyada epidemiya kimi yayılıb...

"Report" xəbər verir ki, bu barədə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) Baş katibi professor Mahmut Erol Kılıç Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransın “Multikulturalizm, islam və sivilizasiyalar toqquşması nəzəriyyəsi: islamofobiyanın yenidən düşünülməsi” adlı plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, islamofobiya kifayət qədər artıb: "Biz bunu epidemiya kimi qələmə versək, yanılmarıq. Bunun sosial müayinəsi cərəyan edən hadisələrlə həmahəng olmalıdır. İslamofobiya şəxsi zəmində qərəz, ictimai münasibətlərdə öz mənfi təzahürünü büruzə verir. Dinindən, dilindən, irqindən müxtəlif cəmiyyətlərin bir arada yaşaması üçün islamofobiya ilə birgə mübarizə aparılmalıdır. Neokolonalizm, orientalizm, kimisə digərlərindən fərqləndirmək cəhdləri, qaradərili insanları şeytan kimi qələmə verilməsi cəhdləri qəbuledilməzdir".

Baş katib bildirib ki, müsəlmanların dini etiqadına görə ayrı-seçkiliyə məruz qoyulması yolverilməzdir: "Müsəlman cəmiyyəti olaraq bizim digərlərinə nisbətdə daha böyük potensialımız var. Müqəddəs kitabımız Quranda da Allahın müjdəçiləri arasında heç bir fərq qoyma deyilir. Dinimiz də insanlar arasında aryı-seçkilik etməməli olmadığımızı buyurur. Bu baxımdan dini etiqadından asılı olmayaraq hər bir insana tolerant yanaşmağı bacarmalıyıq".

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar