Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın koronavirusa qarşı uğursuz vaksinləri: onları vurduran yoxdur...

İran ötən il deyirdi ki, tezliklə dünyada COVID-19 vaksininin iri istehsalçısına çevriləcək. Ancaq “Radio Fərda”nın (“Azadlıq” radiosunun fars xidməti) əməkdaşı Gülnaz İsfəndiyari Tehranın bu hədəfinə çatmadığını yazır.

İran istehsal etdiyi “Fakhra” vaksinini ötən ilin noyabrında Tehran yaxınlığında qətlə yetirilmiş aparıcı nüvə alimi Möhsün Fəxrizadənin şərəfinə adlandırmış, onu böyük təmtəraqla təqdim etmişdi. “Fakhra”-nın ilk klinik sınaqlarından yeddi ay keçsə də, vaksinin istehsalı getmir, rəsmilər ona tələbatın olmadığını deyirlər.

Bu addım yerli vaksin proqramı üçün böyük geriləmə sayılır. Onsuz da əhali arasında peyvəndlərə böyük inamsızlıq var, yubanmalar və korrupsiya iddiaları adına xələl gətirib. Üstəlik, İran xarici peyvəndlərin idxalını artırıb. İranlıların çoxu isə düşünür ki, ölkənin özünü vaksinlə təmin etmək istəyi, başqa sözlə, vaksin muxtariyyəti iddiası ölkə boyunca vaksinasiyanı yubadıb, minlərlə insanın ölümünü önləyə bilməyib.

İran Yaxın Şərqdə COVID-19-dan ən böyük zərbə yemiş ölkədir. Virusdan 125 minə yaxın ölüm rəsmən təsdiqlənib. Amma səhiyyə orqanları belə real rəqəmlərin iki dəfə yüksək ola biləcəyini etiraf edirlər. Müşahidəçilərin fikrincə, ölkənin qeyri-şəffaf vaksinasiya kampaniyasının arxasında daha çox maliyyə marağı dayanıb, nəinki ictimai sağlamlıq üçün narahatçılıq.

“Ta başlanğıcdan bəlli idi, müxtəlif qruplar dövlət resurslarına çıxış əldə etməkdən ötrü ölkədə vaksin istehsalı üzrə rəqabətə başladılar”, – ABŞ-da yaşayan həkim Məhəmməd Kazım Əttari Radio Farda-ya deyib. Əttarinin sözlərinə görə, vaksin istehsalçıları onun barəsində məhdud informasiya verdiklərindən ictimai inamsızlıq da güclənib. Ölkədə hazırlanan azı beş vaksinin yalnız biri kütləvi istehsal mərhələsinə çatıb. İndiyədək “Barekat” adlı vaksinin 4 milyona yaxın dozasının vurulduğu bildirilir. Onu istehsal edən Barekat İnstitutu sentyabradək 50 milyon doza istehsal edəcəyini deyirdi.

Vaksini İranın Ali dini lideri Ayətulla Əli Xameneyinin ofisinin nəzarət etdiyi “Setad” adlı güclü təşkilat hazırlayıb. Xameneyi özü “Barekat” vaksini vurduraraq daxili peyvəndləməni “milli şərəf” məsələsi adlandırıb. Ali dini lider Qərb vaksinlərini “etibarsız” hesab edərək idxallını yasaqlayıb. Amma iranlıların çoxu xarici vaksinlərə, Çindən, Rusiya və Hindistandan idxal olunanlara üstünlük verir. “Peyvənd vurdurduğum mərkəzdə Barekat və Sinopharm təklif olunurdu. Barekat üçün növbə yox idi”, – Tehranda yaşayan bir nəfər radioya deyib.

"Razi COV Pars" və "Noora" adı digər iki vaksinin taleyi isə qaranlıqdır. "Noora"-nın İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) tərəfindən hazırlandığı bildirilir. Dövlət mediasının məlumatına görə, “Razi Cov Pars” rəsmən təsdiqlənməyib, “Noora” isə hələ kilinik sınaqla mərhələsindədir. “Fakhra” vaksin proqramının başçısı oktyabrın 19-da ILNA xəbər agentliyinə deyib ki, vaksinin istehsalı dayandırılacaq.

Əhməd Kərimi “Fakhra”-nın bir milyon dozasının istehsal olunduğunu deyib. Onun sözlərinə görə, ölkədə vaksinə tələbat yoxdur. Kərimi deyib ki, “Fakhra” vaksin proqramımı hazırlamış Müdafiə Nazirliyi onun sınaqları üçün könüllü tapa bilməyib.

Müəllif yazır ki, İran vaksinlərinin uğursuzluğu ictimai qəzəb yaradıb. Bəzi iranlılar sual edirlər ki, niyə hökumət xarici vaksin idxal etmək əvəzinə daxili vaksin istehsalına bu qədər resurs sərf edib. Sosioloq Simin Kazıminin fikrincə, İranda ictimai sağlamlığın siyasiləşdirilməsi inamsızlıq və ümidsizliyə yol açıb.

“Effekti bəlli olmayan çoxsaylı yerli vaksin istehsalı cəmiyyətə belə bir mesaj ötürdü ki, ictimai sağlamlıq ən vacib məsələ deyil, buna görə cavabdehlik daşıyanlar öz maraqlarını güdürlər”, – Kazımi bu ayın əvvəlində “Şərq” qəzetinə deyib. Hətta “onminlərlə vətəndaşın ölümündə” əli olan rəsmilərin mühakimə olunması çağırışları da səslənib. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb

Məişət tullantılarının kənar yerlərə atılmasına görə 300 manatdan 7000 manatadək cərimə tətbiq olunacaq

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib - Fotolar 

AYNA: Azərbaycan-Rusiya sərhədində 350 avtomobil gözləyir

Vüqar Bayramov: "Azərbaycan Dəmir Yolları" strateji məqsədləri uğurla reallaşdırır"

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 1000 manatdan 2500 manatadək cərimələnəcək

Bu il əlilliyi olan şəxslərə 1500-ə qədər reabilitasiya vasitəsi təqdim edilib

Ən çox oxunanalar