1995-ci ildə Vilayəti hökümətin iclasında Cənubi Azərbaycanın əvvəl-axır İrandan ayrılacağını deyib...
“Azad İran” “YouTube” kanalında İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin bir zamanlar səsləndirdiyi fikirlərlə bağlı maraqlı süjet hazırlanıb.
PİA.az xəbər verir ki, süjetdə deyilir:
“1995-ci ildə, Rəfsəncaninin prezidentliyi dövründə Təbrizdə türklərin yaşadığı əyalətlərin iqtisadi baxımdan geridə qalmasına dair nazirlər kabinetinin iclası keçirilirdi.
Həmin iclasda o zaman Xarici İşlər naziri vəzifəsini tutan Əli Əkbər Vilayəti demişdi:
“Biz niyə Azərbaycana sərmayə qoymalıyıq? Azərbaycan (yəni Güney Azərbaycan) əvvəl-axır İrandan ayrılacaq, ona görə mən bu əyalətlərə investisiya qoyuluşunu məsləhət bilmirəm”.
Daha ətraflı videoda:
pia.az