Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İranın fars rejiminin nüvə silahı əldə etməsi an məsələsidir” - Politoloq

İranda 84%-ə qədər zənginləşdirilmiş uran aşkarlanıb...

Azər Qasımov: “Hesab edirəm ki, İranın nüvə proqramının uran zənginləşdirməsinin 84%-ə gəlib çıxmasında əsas günahkar elə ABŞ-dır”.

İran uranın zənginləşməsini tibbi məqsədlər adı altında başlayanda uranın 4-6 % həddində olacağını vəd edirdi, amma illər sonra 20%, indi də 84%-dən danışılır. Görünən odur ki, ABŞ İrana sanksiya tətbiq etdikcə uranın faizi də yüksəlib”.

Bu sözləri politoloq Azər Qasımov İranda 84%-ə qədər zənginləşdirilmiş uranın aşkarlanmasını Poliqon.info-a şərh edərkən qeyd edib.

MAQATE ekspertləri İranda 84%-ə qədər zənginləşdirilmiş uranın aşkarlayıblar. Bu fakt İranla bağlı Qərbin siyasətini necə dəyişdirə və hansı proseslərə gətirib çıxara bilər? Xüsusən, bundan sonra İsrailin İrana qarşı davrannışlarını necə pronozlaşdırmaq olar?

Mövzu ilə bağlı Poliqon.info-un əməkdaşı politoloq Azər Qasımova müraciət edib.

Azər Qasımov: “40 ildən çoxdur ki, İran rejimi sanksiyalar altındadır. Nüvə məsələsinə görə də sanksiyalar bir qədər də artırılıb. Amma nəticə nədir?”.

İranın nüvə silahını əslində özünü Qərbdən qorumaq üçün yox, ərəb və türk dünyasına etdikləri pisliklərə görə onlardan qorumaq üçün əldə etməyə çalışdığını vurğulayan politoloq Qərbin də bunda onlara dolayısı ilə dəstək olduğunu düşünür:

İranın fars rejiminin nüvə silahı əldə etməsi demək olar ki, an məsələsidir. İlk dəfə 1950-ci ildə ABŞ-ın dəstəyi ilə Şah rejimində başladılan nüvə proqramı molla rejimi hakimiyyətə gələndən sonra da davam etdirildi. ABŞ-ın az da olsa, bu işdə İrana yenə də öz dəstəyini verdiyi deyilir.

Hesab edirəm ki, İranın nüvə proqramının uran zənginləşdirməsinin 84%-ə gəlib çıxmasında əsas günahkar elə ABŞ-dır. Məsələ ondadır ki, 40 ildən çoxdur ki, İran rejimi sanksiyalar altındadır. Nüvə məsələsinə görə də sanksiyalar bir qədər də artırılıb. Amma nəticə nədir? Uranın zənginləşdirilməsi elə həddə çatıb ki, artıq nüvə silahı əldə etmək üçün demək olar ki, bir addım qalıb. İran uranın zənginləşməsini tibbi məqsədlər adı altında başlayanda uranın 4-6 % həddində olacağını vəd edirdi, amma illər sonra 20%, indi də 84%-dən danışılır. Görünən odur ki, ABŞ İrana sanksiya tətbiq etdikcə uranın faizi də yüksəlib.

Düşünürəm ki, bu, məqsədli şəkildə edilib. İran fars rejiminin yaradılış səbəbi müsəlman dünyası arasında qarşıdurma yaratmaq olub. O, bu vəzifəsinin öhdəsindən gələ bilib. Müsəlman dünyasını təriqətlərə bölüb bir-birinə düşmən edib, eyni zamanda, Türk dünyasına da düşmənçilik mövqeyindən yanaşıb. Hal-hazırda Zəngəzur dəhlizi məsələsində Türk dünyasının birləşməsini istəmədiyi üçün öz saxta dinini belə kənara atıb, Ermənistanı dəstəkləyən hərəkətlər edir.

Azər Qasımov: “İsrail yaxın günlərdə İranın Buşəhr və digər məntəqələrindəki nüvə obyektlərinə zərbələr endirəcək”.

İran nüvə silahını əslində özünü Qərbdən qorumaq üçün yox, ərəb və türk dünyasına etdikləri pisliklərə görə onlardan qorumaq üçün əldə etməyə çalışır. Qərb də bunda onlara dolayısı ilə dəstək olur. Dəstək faktını bir tək misalla sübut etmək olar ki, Ukraynada Rusiyanın istifadə etdiyi İran PUA-larının detallarının əsas hissəsini Amerika və digər qərbyönlü ölkələrin şirkətlərinin detalları təşkil edir.

İsrail İranın nüvə məsələsinə görə çox narahatdır, çünki bu, onun dövlət təhlükədizliyinə birbaşa təhdiddir. Bu məsələdə ABŞ və İsrail arasında ciddi fikir ayrılıqları vardır. İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyi, hətta müharibə etməyi belə planlaşdırır. Hesab edirəm ki, İsrail yaxın günlərdə İranın Buşəhr və digər məntəqələrindəki nüvə obyektlərinə zərbələr endirəcək. Son dövrlərdə İrana edilən hava hücumlarının artıq açıq və davamlı xarakter alacağı qənaətindəyəm”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Ceyk Sallivan: İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq

Prezident general-mayoru rütbəsindən məhrum edib

Şirvanda qəza nəticəsində ölən piyadanın kimliyi məlum olub - Yenilənib

Beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş üçün müraciət edib

Pezeşkian: Netanyahuya deyin ki, İran müharibə aparmır, lakin istənilən təhdidlərə sərt cavab verir

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Dünyada İlk : İnsan 1-ci tip şəkərli diabetdən sağaldı

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Ən çox oxunanalar