Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandan Türkiyəyə qarşı ağlasığmaz oyun - Faktlar 

Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları Komitəsinin nəzdində qurulmuş İmmiqrasiya və İnteqrasiya Komitəsinin üzvləri Türkiyə-İran sərhədində qeyri-qanuni keçidlərə qarşı görülən tədbirlərlə tanış olmaq üçün sərhədə gəliblər.

PİA.az teleqraf.com-a istinadən bildirir ki, komissiya sədri, AKP-dən olan millət vəkili Atay Uslu sərhədə qaçqın axını ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, getdikləri ərazilər son illərdə sərhədi qeyri-qanuni yollarla keçməyə çalışan qaçqınlar, qaçaqmalçılar və terrorçular üçün ən kritik yerdir: "Sərhədin ən ucqar nöqtəsinə getdik. 3500 metr yüksəkliyə qalxdıq. Dövlət sərhəd divarları, yollar çəkir. İnşa ediləcək yol təqribən 1000 kilometr ərazi olacaq".

Uslu bildirib ki, Türkiyə ilə İran arasında sərhəd divarları, işıqlandırma sistemləri, optik sistemlər, sensorlar, gecəgörmə sistemləri, rabitə qüllələri tikilir: "Bütün sərhəd fiziki və texnoloji nəzarət altındadır. Getdiyimiz bölgə sərhədin ən vacib 65 kilometri idi. Burada divar hörmək imkanı olmadığı üçün eni 4 metr, dərinliyi 4 metr olan xəndəklər qazılır".

Uslu Türkiyənin Taliban rejimi ilə heç bir əlaqəsinin olmadığı üçün əfqan qaçqınları geri göndərməyin asan olmadığını deyib:

"İran atəş açaraq qaçqınları sərhədimizə sıxışdırırdı. Hətta sərhədi keçəndə "Türk əsgərləri sizə atəş açmaz, keçib gedin" deyirdilər".

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Ən çox oxunanalar