Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda etirazlar səngimir: Qasım Süleymaninin baneri yandırıldı

İranda Qasım Süleymaninin daha bir baneri yandırılıb. 

Məşhəd şəhərinin Şahnamə bulvarında Qasım Süleymaninin banerinə azadlıqsevərlər tərəfindən od vurulub. 

Qeyd edək ki, son aylarda demək olar ki, İranın bütün şəhərlərində Qasım Süleymani və Xameneyinin banerləri mütəmadi olaraq yandırılır. Bununla da azadlıqsevərlər molla rejiminə qarşı olduqlarını göstərirlər.

Musavat.com bildirir ki, İran ordusunun general-mayoru, ABŞ -ın təhlükəli terrorçular siyahısında ən öndə olan Qasım Süleymani İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı idi. O, 1998-20-ci illər arasında İranın xaricində keçirilən bütün gizli əməliyyatların, terror və təxribatların icrasında əsas rol alan Qüds qüvvələrinin də komandanı idi. Suriyada prezident Bəşər Əsəd tərəfindən döyüşən könüllüləri məhz Süleymani toplayırdı. 2014-2015-ci illərdə İŞİD-ə qarşı vuruşan birləşmiş İraq hökuməti və yerli şiə qüvvələrinə (Həşdi Şabi) koordinasiya və istiqaməti, real rəhbərliyi də o həyata keçirdib.

Qasım Süleymani İranın mollakratiya rejiminin hərbi gücünün simvolu idi. Etirazçıların onun posterlərini yandırması bu simvolun sındırılması anlamına gəlir.

Qasım Süleymani 3 yanvar 2020-ci ildə Bağdad Beynəlxalq hava limanında pilotsuz təyyarələrlə təşkil olunan hücum nəticəsində öldürülüb. (musavat.com)

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Lerikdə uçqun baş verən ərazi nəzarətə götürüldü

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Sürücülərin nəzərinə: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ən çox oxunanalar