Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda etirazlar daha da kəskinləşir... - İğtişaşlardan inqilaba keçid ola bilər?

İranda hazırkı rejimə qarşı vətəndaşlar ayağa qalxıb...

Politoloq: “İranda sentyabr ayından davam edən etirazlar müddətinə, həm də iştirakçıların tərkibinə görə unikal və misilsizdir”.

İrandakı soydaşlarımız hər gün keçdikcə daha fəallaşırlar və özlərinin haqq və hüquqlarının təmin edilməsini daha israrla tələb edirlər”.

Bu sözləri politoloq Zaur İbrahimli İranda davam edən etiraz aksiyalarını PİA.az-a şərh edərkən qeyd edib.

İranda ictimai-siyasi vəziyyət kifayət qədər gərgindir və hazırkı rejimə qarşı vətəndaşlar ayağa qalxıb, həmrəylik nümayiş etdirirlər. Nümayişlər həm də azərbaycanlı toplumun çoxluq təşkil etdiyi Şimali İranda baş verir və bizim Cənubi Azərbaycandakı soydaşlarımız bu proseslərin tərkib hissəsinə çevrilməkdədirlər.

İranın bəzi vilayətlərində isə artıq təhlükəzislik qüvvələi ilə xalq arasında silahlı qarşıdurmalar baş verir.

İrandakı nümayişlərin millətlərin hüquqlarının tanınması istiqamətində, millətlərin istiqlalı və azadlığı uğrunda olacağını demək olar? Həmçinin demək olarmı ki, bu nümayişlər artıq tarixi proses, inqilabi keçid dövrüdür və bu dövrün uğurla nəticələnməsi ehtimalı varmı?

İranda baş verən prosesləri PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Böyük ehtimalla İranda indiki sərt, radikal siyasi kursu davam etdirmək mümkün olmayacaq. İranda dəyişikliklər, indiki rejimin özü tərəfindən aparılacaqmı, yaxud dini rejim devriləcək? Bu suala da indi cavab vermək çətindir”.

İrandakı proseslərlə bağlı çoxlu sualların, qeyri-müəyyənliklərin olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, əsasən da xarici təsirlərin, yanaşmanın necə olacağı ilə bağlı sullar var:

İranda sentyabr ayından davam edən etirazlar müddətinə, həm də iştirakçıların tərkibinə görə unikal və misilsizdir. Söhbət artıq cəmiyyətin ayrı-ayrı təbəqələrindən və ya məqsədyönlü tələblərdən getmir. İran cəmiyyəti artıq hamılıqla hakimiyyətə qarşıdır. Son 43 il ərzində insanlar dini hakimiyyətin nə qədər sərt və despotik olduğunu anlayıblar.

İranda bugünkü etiraz aksiyaları 2009-cu ildə baş vermiş “Yaşıl İnqilab”ı xatırladır, o zaman ölkə boyu milyonlarla insan rejimi liberallaşdırmaq üçün küçələrə və meydanlara çıxa bilmişdi. Ölkə əhalisinin təxminən 65%-ni təşkil edən gənc iranlılar rejimin inqilabi ritorikasından və onun teokratik diktəsindən beziblər. Onlar hüquqlar, azadlıqlar, şəffaflıq, yaxşılaşdırılmış həyat standartları və onları təmsil edəcək hökumət istəyirlər.

Hakim dini liderlər və onların tərəfdarları iqtisadiyyatı, hakmiyyəti inhisara alıblar. Əhalinin əksəriyyəti indi məyusluq, ümidsizlik, qorxu içindədir. Bu son prezident seçkilərində çox aşkar göründü. Ultra-mühafizəkar İ.Rəisinin qələbəsi əvvəldən proqnozlaşdırılırdı, onu Ayətullah Əli Xamenei dəstəkləyirdi və sərt siyasi sistem “arzuolunmaz” namizədləri əvvəlcədən sıradan çıxarmışdı.

İndiki prezident Rəisiyə cəmi 18 milyon seçici səs verib. Seçkilərdə iştirak İran tarixində rekord aşağı göstəricidı oldu - səsvermə hüququna malik 59 milyon iranlının 48,48%-i səs verdi, bundan əvvəlki seçkilərəd isə seçici fəallığı 73% təşkil edirdi. Səsverməyə gələnlər 4 milyona yaxın bülleteni korlayıb qutuya atmışdılar. On il əvvəl keçmiş prezident Məhəmməd Hatəminin başçılıq etdiyi İran islahatçıları İslam Respublikasını daha tolerant və humanist etməyə çalışdılar. Amma hələ də hakimiyyət rıçaqlarına nəzarət edən sərt xətt tərəfdarları bu cəhdlərin qarşısını aldılar.

Zaur İbrahimli: “İranın gələcəyi ilə bağlı məsələlər soydaşalırmızın fəal iştirakı olmadan həll edilə bilməz”.

Etirazların uzunmüddətli olması artıq hakimiyyətin zor tətbiq etməkdən çox alternativər axtarmalı olduğunu deməyə əsas verir. Əminliklə demək olar ki, zor tətbiqi yalnız çox qısamüddətdə nəticə verə bilər. Bu baxımdam qətiyyətlə söyləmək olar ki, orta perespektivdə İranda çox ciddi dəyişikliklər labüddür. Bu dəyişikliklərin diapazonunu proqnozlaşdırmaq çətindir, avtoritar rejimlərdə hər şey bir günə dəyişə, yaxud uzun bir mərhələ təşkil edə bilər. Böyük ehtimalla İranda indiki sərt, radikal siyasi kursu davam etdirmək mümkün olmayacaq. İranda dəyişikliklər, indiki rejimin özü tərəfindən aparılacaqmı, yaxud dini rejim devriləcək? Bu suala da indi cavab vermək çətindir. Lakin bir məsələ aydındır, dini rejim əvvəlki legitimliyini, gücünü, etimadını bərpa edə bilməyəcək.

İrandakı soydaşlarımız hər gün keçdikcə daha fəallaşırlar və özlərinin haqq və hüquqlarının təmin edilməsini daha israrla tələb edirlər. Bu proseslər soydaşlarımız üçün yeni tarixi imkanlar yaradıb. Bu imkanlardan müdrikcəsinə istifadə etmək lazımdır. İrandakı proseslərlə bağlı çoxlu suallar, qeyri-müəyyənlik var, əsasən da xarici təsirlərin, yanaşmanın necə olacağı ilə bağlı. Lakin, bir məsələ aydındır ki, İranın gələcəyi ilə bağlı məsələlər soydaşalırmızın fəal iştirakı olmadan həll edilə bilməz. Ümid edirəm ki, tarixin verdiyi dərslərdən nəticə çıxarmaqla soydaşlarımız ən doğru qərarlar verəcəklər. Bizim də əsas vəzifəmiz onlaırn haqq və hüquqlarını müdafiə etmək, mümkün kritik durumlarda əməli yardım göstərmək və bir daha onların məğlun duruma düşməsinə imkan verməməkdir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar