Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda 245 deputat seçilib, 45-i ikinci tura qalıb...

İranın Mərkəzi Seçki Komissiyası seçkilərin birinci turunun nəticələrinə əsasən, yeni çağırış İslam Respublikasının Məclisinə (birpalatalı parlament) daxil olmuş 245 deputatın adını açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə İRNA Agentliyi məlumat yayıb.

Agetliyin məlumatına görə, onların arasında parlamentin əvvəlki çağırış sədri Məhəmməd Baqir Qalibaf da var. O, 447 mindən çox səs toplayaraq yeni müddətə yenidən seçilməyi bacarıb.

Agentliyin məlumatına görə, parlamentdə daha 45 yerin taleyi səsvermənin ikinci turunda həll olunacaq. Onun keçirilmə tarixi hələ müəyyənləşməyib.
Məclis 290 deputatdan ibarətdir. Parlamentin səlahiyyət müddəti 4 ildir.

Ölkə Konstitusiyasında siyasi, coğrafi və digər amillər nəzərə alınmaqla deputatların sayının dəyişdirilməsinin mümkünlüyü nəzərdə tutulur - hər 10 ildən bir deputatların sayı 20 nəfər artırıla bilər. Parlamentdə 5 yer dini azlıqlar üçün ayrılıb: assuriyalı xristianlar və xaldeylilər birlikdə bir deputat, erməni xristianlar iki, yəhudilər və zərdüştilər hərəyə bir deputat seçirlər.

İranda martın 1-də Məclisə və İran Ekspertlər Şurasına seçkilər keçirilib. IRNA-nın məlumatına görə, fəallıq 41%, Tehranda isə 24% olmaqla rekord səviyyədə aşağı olub. Rəsmilər fəallığın 2020-ci ildəki son seçki kampaniyası zamanı qeydə alınan 42,5%-dən yüksək olacağını proqnozlaşdırmışdılar, lakin bu, baş verməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar