Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Ermənistan üzərindən Gürcüstana qaz satışına başlayır



Ermənistan üzərindən İran qazının Gürcüstana nəqli ölkənin “mavi yanacağa” olan tələbatının ¼-i ödəyəcək və Azərbaycandan asılılığını azaldacaq


 Hazırda Gürcüstan qaz olan tələbatının 80%-ni Azərbaycanın hesabına ödəyir.

“APA-Economics” “Eurasia Daily” portalına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun direktorunun müavini Aleksey Qrivaç bildirib.

A. Qrivaç iddia edir ki, mövcud infrastruktur ucbatından Gürcüstan İran yox, Rusiya qazını alacaq: “Müqavilənin şərtləri ilə tanış deyiləm. Lakin bir şeyi dəqiq bilirəm ki, sözügedən sxem üzrə nəql “Qazrpom”un icazəsi olmadan baş tuta bilməz. Çünki Ermənistanın qaz kəməri yoxdur, oradan keçən kəmər isə Rusiyaya məxsusdur. Bu səbəbdən, faktiki olaraq, İran qazının Gürcüstana tranziti mümkünsüzdür. Belə çıxır ki, söhbət svop əməliyyatdan gedir: İran Ermənistana 500 milyon kubmetr qaz nəql edir, əvəzində Rusiya həmin həcmdə qazı Gürcüstana satacaq. Bu yolla Ermənistan qaz nəqlinin təhlükəsizliyini də artırır. Çünki Gürcüstanadək uzanan kəmərin 30-dan çox yaşı var, dağlıq ərazidən keçir və istismara yararsız hala düşüb. Beləliklə, Gürcüstan Azərbaycanın ona verə bilmədiyi əlavə qaz həcmini alır. Azərbaycan neft hasilatını dəstəkləmək üçün qaz hasilatını azaltmağa məcburdur. Buna görə, Gürcüstan yeni təchizatçı axtarır. Məlum siyasi səbəblərdən Gürcüstan Rusiyadan qaz ala bilmir. İranla svop əməliyyatı hesabına Gürcüstan qaz defisiti problemini həll edə bilər”.

Bundan öncə xəbər verdiyimiz kimi, İranın neft naziri Bijan Namdar Zənganə Ermənistanın energetika və təbii sərvətlər naziri Levon Yeolyanla keçirdiyi görüşdə bildirib ki, İran Ermənistana qaz nəqlini 3 dəfə artırmaq niyyətindədir: “2018-ci ilin sonunadək İrandan Ermənistana ixrac olunan qazın həcmi 1 milyon kubmetrdən 3 milyon kubmetrədək artırılacaq”.
O əlavə edib ki, ermənistanlı həmkarı ilə Ermənistan üzərindən İran qazının Gürcüstana nəqlini müzakirə edib.

Öz növbəsində Ermənistan tərəfi danışıqlar prosesində İran qazının tranzit olaraq Gürcüstana qlobal olunması üçün birgə müəssisənin yaradılmasını təklif edib. Yeni yaradılacaq müəssisə tranzit qaz nəqli ilə məşğul olacaq. Bildirilir ki, İran tərəfi təklifi müsbət dəyərləndirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Ən çox oxunanalar