Bazar ertəsi, 07 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran bizdən nə istəyir?

İranın Ermənistana açıq hərbi-siyasi dəstək verməkdə davam edir...

Sərhəddə Ermənistanın təxribatı nəticəsində baş verən gərginlik fonunda İran yenə də ənənəvi mövqeyini ortaya qoyub. Cənub qonşumuz yenə də Ermənistana açıq siyasi və hərbi dəstəyini ifadə etməkdən çəkinməyib.

PİA.az xəbər verir ki, İranın Ermənistandakı səfirliyindən erməni mətbuatına ötürülən məlumatda bildirib ki, İran İran-Ermənistan sərhədini təhdid edən istənilən ssenariyə xüsusi müqavimət göstərəcək.

Məlumatda qeyd edilib ki, İran İslam Respublikası Qafqaz regionunda baş verən hadisələr və iki qonşu ölkə olan ErmənistanAzərbaycanla əlaqələri ilə bağlı öz mövqeyini açıq şəkildə və müxtəlif səviyyələrdə ifadə edib.

Ali məqamlı rəhbərin Rusiya və Türkiyə prezidentləri ilə görüşlərini işıqlandıran xəbərlərdə qeyd olunduğu kimi, İran qonşu ölkələrin ərazi bütövlüyü və sərhədlərinin pozulmasına qarşıdır. Eyni zamanda İrana zərər verəcək istənilən ssenariyə xüsusilə müqavimət göstərəcək. İki qonşu xalqı birləşdirən tarixi marşrut Ermənistan sərhədidir.

İran prezidenti ilə Ermənistanın baş naziri arasında telefon danışığı zamanı da bizim bu prinsipial mövqeyimiz təkrarlanıb.

İranın xarici işlər naziri Əmir Abdollahian Azərbaycanın xarici işlər naziri Bayramovla telefon danışığı zamanı ErmənistanAzərbaycan arasında yeni toqquşmalardan narahatlığını bildirib. Problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazır olduğunu ifadə edərək, İranın bu münasibətləri qoruyub saxlamasının vacib olduğunu açıq şəkildə vurğulayıb. Hər iki qonşunun ərazi bütövlüyü və həm də İran-Ermənistan sərhədinin tarixi bir əlaqə yolu olması reallığı da dəyişməz qalmalıdır”,-deyə İranın Ermənistandakı səfirliyinin məlumatında qeyd olunub.

Azərbaycan artıq bu kimi bəyanatlara bir növ öyrəncəlidir. İslam ölkəsi olan İran 30 il işğal dövründə də məscidlərdə donuz saxlayan, insan haqqı tapdalayan, faşistlik edən Ermənistana dəstək çıxıb.

Ermənistana gizli yolla dəstək verdiyi, silah göndərdiyi və sonra da bunu dandığı 44 günlük Vətən savaşında Azərbaycanın qələbəsini isə hələ də həzm edə bilmir. Yaxın aylarda biz İranda müxtəlif səviyyəli şəxslərin Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri, rəsmi Bakının ünvanına söylənən əsassız ittihamları, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qanunsuz yükdaşıma cəhdlərini, rəsmi səviyyədə “Ermənistanın sərhəd toxunulmazlığı bizim üçün “qırmızı xətdir” bəyanatlarını eşitmişik.

Bütün bunlar bir İslam ölkəsinə, əhalisinin 40 milyondan çoxunun azərbaycanlı olduğu İrana heç yaraşmır. Ancaq nədənsə, İran hər dəfə bunu özünə yaraşdırmağı bacarır... (musavat.com)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üç bürc üçün inanılmaz xoşbəxt bir mərhələ başlayıb

Mayis Bərxudarov vəzifəsindən azad edildi və sərəncama göndərildi

Üzeyir Mehdizadə kimdir? Haralıdır və neçə yaşı var? - Şəxsi həyatını sirr saxlayır...

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Qəzzada ölənlərin sayı 41,9 min nəfərə çatıb

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Ən çox oxunanalar