Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran ABŞ, İsrail tərəfindən müəyyənləşdirilən qırmızı xətti keçərsə, nələr olacaq? - Şərh

ABŞ Müdafiə Nazirliyi İsrailin İranın nüvə obyektlərinə hücumun simulyasiya təlimləri olması haqda məlumat sızdırıb...

Siyasi-şərhçi: “İsraillə İran arasında münasibətlər daha çox simulyasiya, təhdid, təzyiq xarakteri daşıyır”.

“Biz gördük ki, Netanyau höküməti dəfələrlə cəhd etdi ki, İranın vurulması, dağıdılması haqqında təsəvvür yaratsın. Hər bir halda ABŞ buna çox könülsüz yanaşdı”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu İsraillə İran arasındakı gərginliyi Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ Müdafiə Nazirliyi ictimaiyyətə İsrailin İranın nüvə obyektlərinə hücumun simulyasiya təlimləri olması haqda məlumat sızdırıb. Məlumatda qeyd olunur ki, fevralın 1-də Beynəlxalq Atom Enerjisi Agentliyi İrandakı obyektlərdən birində zənginləşdirilmiş uran səviyyəsinin nüvə silahının istehsalı həddinə yaxın olması barədə izlər aşkar edilib. Bununla da İranın İsrail tərəfindən müəyyənləşdirilən qırmızı xətti keçməyə çox yaxın olduğu bildirilib.

Bəs İran ABŞ, İsrail tərəfindən müəyyənləşdirilən qırmızı xətti keçərsə, nələr olacaq və ABŞ-la müharibə necə bir İran doğura bilər? Yəni, İranı İraqın taleyi gözləyə bilərmi?

İran ətrafında baş verən prosesləri Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “ABŞ İsraili bu məsələdə dəstəkləyərsə, bu zaman bütün bölgəni bürüyən böyük bir fəlakət baş verər”.

Seçkilər ərəfəsində ABŞ administrasiyasının belə bir addım atmasına inanmadağını vurğulayan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, Ukrayna böhranının hələ sonu görünmədiyi bir vaxtda ABŞ-İran müharibəsi heç də inandırıcı görünmür:

“İsraillə İran arasında münasibətlər daha çox simulyasiya, təhdid, təzyiq xarakteri daşıyır. Mən düşünmürəm ki, İsraillə İran arasında hansısa qarşıdurma mümkündür. İndiki vaxta belə bir müharibə heç kəsə lazım deyil. İlk növbədə də ABŞ-a lazım deyil. Yəni, hal-hazırda ABŞ-ın Yaxın Şərq bölgəsindəki maraqları sabitlik üzərində qurulub.

Biz gördük ki, Netanyau höküməti dəfələrlə cəhd etdi ki, İranın vurulması, dağıdılması haqqında təsəvvür yaratsın. Hər bir halda ABŞ buna çox könülsüz yanaşdı. Buna görə də düşünürəm ki, belə bir iş olsun. Əgər belə bir iş baş verərsə, ABŞ İsraili bu məsələdə dəstəkləyərsə, (ABŞ dəstəkləməsə, İsrail İrana qarşı heç bir addım ata bilməz. Çünki İsrailin buna gücü çatmaz) bu zaman bütün bölgəni bürüyən böyük bir fəlakət baş verər. Bu fəlakətin nəticələri isə təkcə bölgənin özünə deyil, ondan çox-çox uzaqlara gedib çıxa bilər.

Ərəstun Oruclu: “Hal-hazırda ABŞ-ın Yaxın Şərq bölgəsindəki maraqları sabitlik üzərində qurulub”.

Unutmayaq ki, bölgə əsas neft ixrac edən bölgədir. Eyni zamanda bölgədə yüz milyonlarla insan yaşayır. 18 milyonluq Suriyadan qaçqın axını Avropada bütün siyasi mənzərəni dəyişdi. Radikallara meydan açıldı və s. Təsəvvür edin əgər İran vurularasa, yaxud da İrana qarşı hansısa hərbi əməliyyatlar başlanarsa, oradan qaçqın axını, hümanitar böhran nələrə yol aça bilər. Bunu təsəvvür etmək belə dəhşətlidir.

Mən inanmıram ki, seçkilər ərəfəsində (gələn il ABŞ-da prezident seçkiləridir) ABŞ administrasiyası belə bir addım atar. Xüsusilə də, Ukrayna böhranının hələ sonu görünmədiyi bir vaxtda ABŞ-İran müharibəsi heç də inandırıcı görünmür. Başqa məsələlər var. Buna görə məncə bu qeyri mümkündür”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar