Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisadçı: “İlin sonuna qədər 1 dollar səviyyəsi 1.90 -1.95 AZN olacaq”


Natiq Cəfərli: “İlin sonuna qədər manatın yumşaq şəkildə devalvasiyası davam edəcək”


Azərbaycanda tədiyyə balansında mənfi sayların böyük həcmdə artması  prosesi gedir”. 

Bu fikirləri Maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankın sədri Elman Rüstəmovun manatla bağlı açıqlamalarına münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli PİA.AZ-a açıqlamasında qeyd edib.

Qeyd edək ki, dünən maliyyə naziri Samir Şərifovun və Mərkəzi Bankın sədri Elman Rüstəmovun manatla bağlı açıqlamaları olub. Mərkəzi Bankın sədri Elman Rüstəmov açıqlamasında qeyd edib ki, cari ilin 9 ayı ərzində manatın məzənnəsi ilin əvvəli ilə müqayisədə 5% korreksiyaya uğrayıb. Maliyyə naziri Samir Şərifov isə açıqlamasında vurğulayıb ki,  manatın fundamental məzənnəsinin tapılması üçün ölkəyə daxilolmalar və çıxarılan vəsait arasında tarazlıq olmalıdır. Belə olan təqdirdə hökümət ilin sonuna qədər manatın stabil məzənnəsini qoruyub saxlaya biləcəkmi?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib. 

Картинки по запросу yumşaq devalvasiya

Natiq Cəfərli: “Hər iki açıqlamada ortaq ana xətt ondan ibarətdir ki, kəskin devalvasiyanın olması ehtimalı aşağıdır”.


Kəskin devalvasiyanın olmayacağını vurğulayan iqtisadçının fikrincə, manatın indiki stabil vəziyyətdə saxlanmasına dair qəti fikir demək yanlış olar. Çünki ilin sonuna qədər yumşaq devalvasiyanın baş verəcəyi gözləniləndir:

“Hər iki açıqlamadan açıqca görünür ki, hələ də manatın indiki stabil vəziyyətdə qalacağı haqda əminlik yoxdur.  Sadəcə olaraq hər iki açıqlamada məzənnənin hər hansısa normal məcraya yönələcəyi ilə  bağlı öncədən də səsləndirdikləri fikirlərin yenidən təsnifi oldu. Əslində ölkənin iqtisadi göstəricilərinə baxdıqda Elman Rüstəmov bu barədə daha geniş danışıb. Və açıq deməməsinə baxmayaraq məlum olur  ki, tədiyyə balansındakı problemlər çox ciddidir. Artıq Azərbaycanda tədiyyə balansında mənfi sayların böyük həcmdə artması  prosesi gedir. Bu onu göstərir ki, manatın bugünkü məzənnəsinin stabil vəziyyətdə saxlanması mümkünsüzdür. 

Natiq Cəfərli: “Çox güman ki, 2015-ci ildə gördüyümüz 34%-lik, daha sonra 47-48%-lik kəskin devalvasiya olmayacaq”.


Yaxın zamanlarda yeni dövlət büdcəsinin parametrləri açıqlandığı zaman biz bunu daha dəqiq görəcəyik. Görünən odur ki, ilin sonuna qədər manatın yumşaq şəkildə devalvasiyası olacaq. Ancaq hər iki açıqlamada ortaq ana xətt ondan ibarətdir ki, kəskin devalvasiyanın olması ehtimalı aşağıdır. Həm  Mərkəzi Bank, həm də hökümət kəskin addımlardan çəkinir və bu  addımı atmaq istəmir. Çox güman ki, 2015-ci ildə gördüyümüz 34%-lik, daha sonra 47-48%-lik kəskin devalvasiya olmayacaq. Ancaq yumşaq şəkildə manatın dəyərdən düşməsi prosesi gedəcək. İlin sonuna qədər 1 dollar səviyyəsi 1.90-1.95 AZN olacaq”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - Yenilənib

Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət aslanların kimliyi məlum olub - Yenilənib

Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq müzakirə edilib - Yenilənib

Tacikistan və Özbəkistan arasında ümumi sərhədin demarkasiyası müzakirə olunub

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ən çox oxunanalar