Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisadçı alim: "Belə çıxır ki, bu statistika saxtadır"

"Belə çıxır ki, rəsmi olaraq 1 milyondan çox vətəndaşın peyvənd olunması statistikası da saxtadır".

Bunu iqtisadçı alim Qubad İbadoğlu peyvənd vurulması ilə bağlı vətəndaşlara saxta sənəd verən 12 həkimi işdən çıxarılmasından danışarkən deyib.

Onun sözlərinə görə, baş verən bu saxtakarlıqla başqalarının da təqdim etdikləri sənədlərə şübhə yaranacaq:

"Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə məlumat yayıb. Bu pambıq deyil ki, pripiska etsinlər. Dünyanın heç bir yerində belə biabırçılığa rast gəlmək mümkün deyil. Axı onu verən də, alan da fikirləşməlidir ki, onların belə hərəkəti Azərbaycana inamsızilıq yaradacaq, ölkədən kənara səfər edənlərə qarşı tələblərin daha da sərtləşdirilməsinə gətirib çıxaracaq".

Qubad İbadoğlu onu da əlavə edib ki, bir vaxtlar Azərbaycanda keçirilən SAT imtahanlarının nəticələrinə xaricdə şübhə ilə yanaşırdılar:

"İndi də bizim təqdim etdiyimiz vaksin pasportundan şübhələnəcəklər. Belə çıxır ki, rəsmi olaraq 1 milyondan çox vətəndaşın peyvənd olunması statistikası da saxtadır. Eyni zamanda saxta sənəd alanlar virusa yoluxanda da yazacaqlar ki, peyvəndin təsiri olmadı, yenə də xəstələndik. Biabırçılıqdır, saxtakarlığa, yalana, korrupsiyaya son".

Qeyd edək ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumatına görə, koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşlara saxta sənəd verən 12 nəfər həkim işdən çıxarılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”

“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər

Ən çox oxunanalar