Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqbal Məmmədov iqtisadçının pulunu qaytardı

Iqtisadçı Qulu İbrahimli millət vəkili ilə görüşündən açıqlama ilə çıxış edib

Deputat İqbal Məmmədovu sərt ifadələrlərlə tənqid edən, ona qarşı mübarizə aparan iqtisadçı Qulu İbrahimli millət vəkili ilə görüşündən açıqlama ilə çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, iqtisadçı İqbal Məmmədovla görüşə və aralarındakı ədavəti ən azı bir müddət dondurmağa, əl sıxışmağa vadar edən və sırf mənəvi dəyərlərə söykənən hisslərini yazı ilə ətraflı izah etməkdə çətinlik çəkir:

“Mən İqbal Məmmədovun özü ilə savaşırdım. İndi həbsdə olan övladı, yaxın qohumları olan gənclərlə deyil. Gözü yaşlı valideynlər, övladlar, nənənələr, analar, bacılar, qardaşlar ilə deyil. Bu çətin anlarında məni özlərinə düşmən bilmələrini istəmədim.

Kişi gərək özünün mübarizə qəhramanlığının nəticəsi ilə öyünə. Başqalarının nəticəsini öz qələbəsinə aid etmək düzgün deyil. Mən ətrafındakı yüksək ranqlı dostları, sərvəti və deputat statusu ilə gur-guruldayan İqbal Məmmədovla indiyədək savaşmışam. Əslində o, özü mənimlə savaşıb. İndi çətin vəziyyətdə olan İqbal Məmmədovla savaşı davam etdirməyim yıxılana bir balta da mənim vurmağım olar və özümə bunu sığışdırmıram. Onun başındakı problemlər həll olar, övladı həbsdən çıxar, sonra baxaram məsələyə.

İndi İqbal Məmmədovdan nəinki öz borcumu, hətta ondan dəfələrlə artığını almaq imkanım var. Amma indiki durumunda öz borcumu da güzəştə gedəcəyimi dedim. Sadəcə, o borc məbləğini dəqiqləşdirmək və mübahisəni aradan qaldırmaq vacib idi. Çünki, hədiyyə edilə və ya itirilə bilən pulumun məbləğini bilməsi mənim haqqımdır. İqbal Məmmədov israrla kiçik bir məbləği almağa məni razı saldı və heç olmasa, o zaman çəkdiyim əmək haqqı, türklərin qonaqlama xərclərinin əvəzi çıxdı”.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Ən çox oxunanalar