Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsana ən kəskin ağrını yaşadan böyrək daşları nədən yaranır?

Böyrək daşı xəstəliyi - ölkəmizdə, eyni zamanda, dünyada geniş yayılmış xəstəliklərdən biridir...

Böyrək daşları müxtəlif maddələrin, duzların toplanıb böyrəkdə çökməsi nəticəsində əmələ gələn xəstəlikdir. Xəstəliyin əsas yaranma səbəbi maddələr mübadiləsinin pozulmasıdır. Bu zaman əriməyən duzlar böyrəkdə müxtəlif ölçülərdə daşların yaranmasına səbəb olur. Böyrək daşı xəstəliyi xroniki, təkrarlanan metabolik xəstəlikdir. Əsasən 20-50 yaşlarında təsadüf olunur.

Bu barədə Bakı Baş Səhiyyə Mərkəzi məlumat yayıb.

Mərkəzin tabeliyində fəaliyyət göstərən Kürdəxanı Sağlamlıq Mərkəzinin həkim-terapevti Vəfa Hüseynovanın sözlərinə görə, xəstəlik daha çox kişilərdə rast gəlinir:

“Xəstəliyin yaranma səbəblərinə gəlincə, düzgün olmayan qidalanma və ya qidalanma vərdişi (artıq kalsium və vitamin D qəbulu), irsi meyillilik, genetik faktorlar, böyrəyin quruluş anomaliyaları, isti iqlim qurşağı, bəzi bağırsaq xəstəlikləri və ağır əməliyyatlar, sidikdə normadan artıq kalsium, oksalat artığı, əvvəllər böyrək daşı olanlar, sidik yollarında yad cisimlər, artıq çəki, uzun müddət hərəkətsiz qalmaq və sairə səbəbləri göstərmək olar. Daşlar sidik yollarında hər yerdə ola bilər və bu da çox vaxt qanaxma və ağrıya səbəb olur. Bəzi daşlar var ki, gizli qala bilirlər, lakin böyrək ləyənciyini, kasacığı, sidik axarını zədələyərsə, bel nahiyəsində ağrı yaradır. Bəzən ağrı o qədər güclü olur ki, xəstələr ağrıya dözə bilmirlər. Ağrı davamlı ya da təkrarlanan ola bilər. Əgər daş sidik kisəsində olarsa, ağrı xüsusilə qarnın alt hissəsində hiss edilir. Sidikdə qan, sidik ifrazı zamanı yanma hissi, temperatur və tərləmə müşahidə oluna bilər”.

Həkim-terapevt böyrək daşının əlamətlərinin ağrı (böyrək sancısı), sidikdə yanma hissi, qanama, ürəkbulanma və qusma kimi hallar olduğunu nəzərə çatdırıb.

V.Hüseynova böyrək daşı xəstəliyi ilə müraciət edən xəstələrə düzgün diaqnoz qoymaq üçün mütləq ətraflı anamnez toplamağın zəruriliyini də vurğulayır:
“Böyrək sancısı çox zaman daşın sidik axarına düşməsi nəticəsində baş verir. Diaqnoz USM vasitəsilə qoyulur. Xəstəliyin müalicəsi konservativ və cərrahi yolla aparılır”.

Həkim-terapevt onu da bildirir ki, su içmək əvəzinə həddən artıq çay və qəhvə içməyimiz də böyrəyimizdə problemlər yarada bilir. Buna görə də gün ərzində normal halda insan 10-12 stəkan su içməlidir. Eyni zamanda hərəkətsiz qalmaq, duzlardan və minerallardan çox istifadə edilməsi, şokolad, bəzi göyərtilər də böyrək daşı xəstəliyinə səbəb olan faktorlardandır.

Özünüzdə xəstəliyin əlamətlərini müşahidə etdikdə ərazi üzrə ilkin səhiyyə xidməti müəssisələrindəki sahə (ailə) həkimlərinizə müraciət edin! Onlar sizi müvafiq müayinələrdən keçirərək, zərurət olduğu halda digər dar ixtisas həkimlərinə və laborator analizlərə yönəldəcəklər.

Bəzən daşınız da ağır olur. Çalışın böyrəyinizə daş düşməsin. Böyrəkdəki ən xırda daş belə insana böyük ağrılar verir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Ən çox oxunanalar