Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İnandırıcılığımızı itirdik…” – Keçmiş köməkçisi Ərdoğana qarşı

AKP sədrinin köməkçisi və Manisa millət vəkili olmuş Selcuq Özdağ hakim partiyanı və prezident Rəcəb Tayyip Ərdoğanı sərt şəkildə tənqid edib

Buna səbəb Ərdoğanın bir müddət əvvəl AKP-dən ayrılaraq yeni partiya qurmaq istəyənləri xəyanətkar adlandırması olub.

Xatırladaq ki, AKP-nin idarəçiliyindən narazı olan və əsasən sabiq baş nazir Əhməd Davudoğlunun ətrafında birləşən qüvvələrin yeni partiya yaradacağı barədə məlumatlar var. Ərdoğan isə həmin şəxslərlə bağlı “bu cür xəyanətlərin içərisində olanlar bu işin əvəzini ağır ödərlər” ifadəsini işlədib.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğanın yaxın silahdaşlarından olmuş, lakin hazırda onunla yollarını ayıran S.Özdağ ölkə başçısının təhdidlərindən çəkinmədiklərini bildirərək, onun qurduğu idarəçilik sisteminin mütləq dəyişməli olduğunu bildirib.

S.Özdağ deyib ki, AKP ilk vaxtlarında doğrudan demokratik, birləşdirici bir qüvvə olsa da, sonradan vədlərini unutmağa və bir nəfərin iradəsinə tabe olmağa başladı: “AKP qurularkən yoxsulluq və yolsuzluqla mücadilə, azadlıq və demokratiya vəd etmişdi. Əvvəldə doğrudan da demokratik bir xətt tutdu, iqtisadiyyatda nailiyyətlər əldə etdi. Ancaq zaman keçdikcə demokratik azadlıqlarla bağlı tərəfini itirməyə başladı. İqtisadiyyatda da sıxıntılar baş göstərincə isə bütün gücünü iqtidarı itirməməyə səfərbər etdi. Barışdırıcı dili dəyişdi, toplumun xəyallarına deyil, qorxularına xitab etməyə başladı. Sevdirərək səs almanın yerini qorxudaraq səs almaq düşüncəsi tutdu. Nəticə ortadadır – vədlərimiz qalmadı, inandırıcılığımızı itirdik…”

Sabiq deputat Türkiyədəki idarəçilik sistemini prezidentlik üsul-idarəsi adlandırmağın doğru olmadığını da bildirib: “Qurumların içi boşaldıldı, məhkəmə siyasiləşdirildi, dövlətin, millətin birliyini təmsil edən prezidentlik məqamı sadəcə AKP-ni təmsil edər hala gətirildi. Dünyada belə bir sistem yoxdur. Bunu prezidentlik sistemi adlandırmaq, dünyadakı nümunələri təhqir etməkdir. Heç bir prezidentlik sistemində prezidentin yaxın qohumları nazir ola bilməz. Bu sistem yanlışdır və tamamilə bir şəxs üçün hesablanıb…”

S.Özdağ bildirib ki, Türkiyə Rusiya ilə ABŞ arasında vurnuxan yox, öz yolu olan və getdikcə modernləşən bir ölkə olmalıdır.

Ə.Davudoğlu barədə də danışan S.Özdağ onun siyasətə təmiz şəxsiyyət kimi gəldiyini, elə o cür də ayrıldığını deyib. O, qeyd edib ki, məhz çirkli işlərə bulaşmayan Davudoğlunun dönəmində AKP seçkilərdə ən yüksək səs qazanıb.

Sonda Ərdoğanın xəyanətlə bağlı ittihamlarına cavab verən Özdağ deyib ki, AKP-ni ilahiləşdirmək doğru deyil: “Kimsə partiya qurur deyə xain ola bilməz. İmanda təklik, siyasətdə, fikir və düşüncədə isə müxtəliflik olmalıdır. AKP dini qurum, yaxud doğrudan-doğruya bir din deyil ki, oradan ayrılan xain olsun. Yer üzündə islamı təmsil edən bir şəxs, yaxud qurum da yoxdur… Vəfasızlıq etmək istəmirəm, yoxsa bu “xain” ifadəsinə verəcəyim çox cavab var…”

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Ən çox oxunanalar