Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlon Mask Krımla bağlı geri addım atıb...

Mask Krımda Starlink-i işləməməsini ABŞ-ın Rusiya sanksiyaları ilə əlaqələndirib...

Amerikalı iş adamı İlon Mask bildirib ki, Ukraynanın tələbinə qarşı Krımda Starlink peyk rabitəsini işə salmaqdan imtina etməsi ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlıdır.

Poliqon xəbər verir ki, biznesmen peyk internet rabitəsinin Krımda işə salınması üçün Amerika hökumətindən icazəsi lazımdır.

İlon Mask “All-In Summit” texnologiya konfransında onlayn çıxış edərkən yaranmış vəziyyəti şərh edib. “Starlink” şəbəkəsinin söndürülməsinin səbəbi əslində ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi idi. Sanksiyalar arasında Krım da var və bizə əlaqə yaratmağa icazə verilmir”, deyə Mask çıxışında bildirib. Biznesmen əlavə edib ki, ABŞ prezidenti Co Baydendən göstəriş alsaydı, Ukraynanın tələbini təsdiqləyəcəkdi.

Qeyd edək ki, ABŞ-ın Massaçusets ştatından olan demokrat senator Elizabet Uorren İlon Mask Ukraynanın tələbini rədd etdikdən sonra SpaceX ilə bağlı araşdırma tələb edib. Onun çağırışını Senatın Silahlı Qüvvələr Komitəsinin rəhbəri, demokrat Cek Rid də dəstəkləyib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, Ukrayna ordusu bütün cəbhə xətti boyunca Starlink-ə qoşulmaq üçün terminallardan istifadə edir. Eyni zamanda, onun sözlərinə görə, bu şəbəkə Krım bölgəsində işləmir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Ən çox oxunanalar