Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlon Mask Apple-a qarşı apardığı savaşda yeni müttəfiqlər tapıb

Facebook və Instagram-ın ana şirkəti olan Meta-nın səhmlərinin birja qiymətlərinin aşağı düşməsi nəticəsində Zukerberqin bu il 83 milyard dollar itirməsinə səbəb olub...

PİA.az Reuters Agentliyinə istinadən xəbər verir ki, Fortnite kimi məşhur video oyunları ilə tanınan Epic Games və aparıcı musiqi platforması Spotify-ın dəstəyinə sahib olan Mask Apple-ın elektron satış aplikasiyasında satınalmalardan komissiya əldə etməsini tənqid edir.

Milyarder Apple-a komissiya ödəmək istəmədiyi üçün maraqla gözlənilən ödənişli Twitter Blue xidmətini də təxirə salıb.

Qeyd edək ki, oktyabr ayında rəsmi olaraq Twitter-i əldə edən Mask sosial media platformasının azalan reklam gəlirlərinə bağlılığını yüngülləşdirmək üçün Twitter Blue layihəsinə arxalanır.

Twitter Blue abunəsi istifadəçilərə təxminən 8 dollara daha az reklam göstərmə, mavi işarə və digər üstünlüklər təqdim edəcək.

Digər tərəfdən, ilkin olaraq 29 noyabrda istifadəçilərə açılması planlaşdırılan “Mavi işarə” abunə paketinin Apple mübahisəsi səbəbiylə qeyri-müəyyən müddətə təxirə salındığı açıqlanıb.

Sosial media şirkətləri Apple-ın komissiyasından şikayətlənirlər

Apple proqram təminatı hazırlayanlardan daxili satınalmalar üçün 30 faiz ödəniş alır və bir çox tərtibatçı şirkətlər bu komissiyanı həddindən artıq hesab edirlər. Bu tətbiqə görə iOS istifadəçiləri istənilən proqram üçün xərclədikləri hər 10 TL-nin 3 TL-ni birbaşa Apple-a verirlər.

Spotify nümayəndələri də 2019-cu ildə bu vəziyyətlə bağlı şikayətlərini Avropa Komissiyasına təqdim etmiş, Epic Games isə 2020-ci ildə ABŞ-da Apple-a qarşı iddia qaldırmışdı.

Şirkətin yüksək komisyon tələbi ilə bağlı müzakirələr son zamanlar Maskın Twitter hesabında paylaşdığı sərt tənqidlərlə gündəmə gəlib.

Milyarder Twitter hesabında paylaşdığı paylaşımda “Apple Twitter-də reklamını böyük ölçüdə dayandırıb. Amerikada ifadə azadlığına nifrət edirlərmi? Burada nə baş verir?”, yazıb və Tvitlər-də Apple-ın baş direktoru Tim Kuku işarələyərək on suallar ünvanlayıb.

Mask həmçinin Apple-ın Twitter-i aplikasiya mağazasından silməklə hədələdiyini iddia etdi: “Apple həmçinin Twitter-i App Store-dan çıxarmaqla hədələyib, lakin bunun səbəbini bizə bildirmək istəmir”, deyə Mask yazıb.

Epic Games və Spotify-ın rəsmi hesablarından Maskın mövzu ilə bağlı yazılarının retviti də iki şirkətin Apple müharibəsində Maskın tərəfində olması kimi şərh edilib.

Qeyd edək ki, Apple əvvəllər Twitter-in ən böyük reklamçılarından biri olub. Bununla belə, Maskın Donald Tramp da daxil olmaqla, əvvəlki administrasiya tərəfindən dayandırılmış hesabları bərpa etmək qərarının App Store-un izlədiyi siyasətlə ziddiyyət təşkil etdiyi ehtimal olunur.

Zukerberq də Apple-ın qurbanıdır

Bu arada Meta-nın baş direktoru Mark Zukerberq də Apple-ın proqramlar “mağazası”na etdiyi dəyişikliklər səbəbindən ciddi gəlir itkisinə məruz qalıb. Bu dəyişikliklərlə Apple istifadəçilərin razılığı olmadan hədəflənmiş reklamların göstərilməsini qadağan edib. İlkin təsbitlər iPhone istifadəçilərinin 75 faizinin bu icazəni vermədiyini göstərib.

Nəticədə Meta-da reklam verən şirkətlərin sayı azalıb, çünki Apple-in bu yeniliyi reklam verənlərin lazımi auditoriyaya çata bilməsinə mane olub.

Facebook və Instagram-ın ana şirkəti olan Meta-nın səhmlərinin birja qiymətlərinin aşağı düşməsi nəticəsində Zukerberqin bu il 83 milyard dollar itirməsinə səbəb olub.

P.S. Son məlumata görə İlon Mask Apple şirkətinin baş direktoru Tim Kuk ilə görüşdüyünü və Twitter proqramının App Store-dan silinməsi ilə bağlı anlaşılmazlığa son qoyduğunu bildirib. Mask, həmçinin Tvitter səhifəsində Kuka Apple-ın baş ofisini göstərdiyi üçün təşəkkür edib.

Mənbə: Reuters

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar