Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlon Mask: ABŞ-da 11 sentyabr miqyasında terror aktı ola bilər...

Amerikalı sahibkar və iş adamı İlon Mask buildirib ki, ABŞ-da 11 sentyabr faciəsi miqyasında yeni terror aktı ölkəyə miqrant axını fonunda hər an baş verə bilər...

Poliqon xəbər verir ki, milyarder bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

İlon Mask ABŞ-ın cənub sərhədindəki böhranın həll edilmədiyi təqdirdə 11 sentyabr hücumu səviyyəsində növbəti faciənin mümkün ola biləcəyini söyləyən amerikalı iş adamı və ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə keçmiş namizəd Vivek Ramasvaminin sözlərini şərh edərək, onunla razılaşıb.

"Bu, yalnız zaman məsələsidir", deyə İlon Mask bildirib.

Bundan əvvəl İlon Mask bildirib ki, ABŞ miqrant axını ilə üzləşən ABŞ-ın cənub sərhədindəki problemlərdən daha çox Ukrayna münaqişəsi ilə bağlı problemlərə diqqət yetirir.

Qeyd edək ki, "Əl-Qaidə" terror təşkilatı 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı silsilə terror aktları həyata keçirib. Terrorçuların qaçırdıqları sərnişin təyyarələri Dünya Ticarət Mərkəzinin Şimal və Cənub qüllələrinə, Müdafiə Nazirliyi - Pentaqonun binasına çırpılıb, bir təyyarə isə Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurularaq zərərsizləşdirilib. Onun hədəfinin Ağ Ev olduğu bildirildi. Bu hadisələr 3 minə yaxın sadə insanın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

Xızıda ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Ən çox oxunanalar