Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Mirzəyevin vəkilinə danışmaq qadağası qoyuldu


“İlhaMed” klinikası işləsə də xəstə qəbul etmir


Aprelin 12-də dələduzluq və fırıldaqçılıq ittihamı ilə 2 ay müddətində azadlıqdan məhrum edilən teleaparıcı, baxıcı İlham Mirzəyevə məxsus “İlhaMed” klinikası yeni pasiyent qəbul etmir.

Mətbuatda klinikanın fəaliyyət göstərib-göstərməməsi haqda müxtəlif məlumatlar yer alıb.

Virtualaz.org saytının əməkdaşı məsələni dəqiqləşdirmək üçün İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında yerləşən “İlhaMed” klinikasına yollanıb.

Adıçəkilən ünvanda olarkən klinikanın fəaliyyət göstərdiyini müşahidə etdik. Bir saata yaxın müşahidəmiz zamanı məlum oldu ki, klinikanın xidmətlərindən istifadə etmək üçün müraciət edən pasiyentlər var.

Klinikanın hazırkı fəaliyyəti ilə bağlı işçilərə sual ünvanlamaq istəsək də onlar bildirdilər ki, suallara yalnız İlham Mirzəyevin vəkili cavab verir.

Baxıcının vəkili Xanlar Bayramzadə isə virtualaz.org-a açıqlamasında bildirdi ki, İlham Mirzəyevlə bağlı suallara yalnız onun mətbuat katibi Ceyran Əsgərova cavab verə bilər.

Suallarımızı Ceyran Əsgərovaya ünvanladıq.

- İlham Mirzəyevin klinikasına yeni pasiyentlər qəbul olunurmu?

- Klinika fəaliyyət göstərsə də yeni pasiyentlər qəbul olunmur. Yalnız əvvəlcədən qəbul edilən pasiyentlərə xidmət göstərilir.

- Yeni pasiyentlərin qəbul edilməsinə qadağanı kim qoyub?

- İlham müəllim həbs edildiyi gündən klinika yeni pasiyent qəbul etmir.

- Klinikada xəstələrə psixoloji müayinə ilə yanaşı tibbi müayinə xidmətləri də göstərilirmi?

- Bəli. Dəqiqliyi ilə saya bilməyəcəm, amma klinikada bir çox müayinə xidmətləri göstərilir.

- Səhiyyə Nazirliyindən verilən açıqlamada klinikanın lisenziyasız fəaliyyət göstərdiyi deyilir...

- Bu, tamamilə absurddur. Lisenziyasız fəaliyyət göstərmək mümkün deyil.

- Ailəsi hazırda haradadır?

- Bakıda. Bəziləri yazır ki, şəhərdən gediblər. Amma bu, yalandır. İlham müəllimin ailəsi Bakıxanovdakı evlərində yaşayır. İki azyaşlı övladı atalarının azadlığa çıxmasını gözləyir.

- İlham Mirzəyevlə kim görüşür?

- Vəkili Xanlar Bayramzadə.

- Vəkilin mətbuata danışmamasının səbəbi nədir?

- Mən icazə verməmişəm.

- Niyə?

- İlham müəllim həbs olunduqdan sonra vəkil Xanlar Bayramzadə mətbuata bir neçə dəfə açıqlama vermişdi. Lakin onun fikirləri tamamilə təhrif olunmuşdu. Buna görə də bundan sonra açıqlama verməməsi qərarına gəldik. Sualları mən cavablandırıram.

Xatırladaq ki, İlham Mirzəyev aprelin 11-də polis orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlandıqdan sonra haqqında Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılmışdı. Aprelin 12-də isə məhkəmənin qərarı ilə barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Ən çox oxunanalar