Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki nazir işdən çıxarıldı - Rumıniyada

Rumıniyada 15 yaşlı qızın öldürülməsindən sonra yaşanan qalmaqal dərinləşir

Ölkənin təhsil naziri Yekaterina Andronesku 15 yaşlı qızın təcavüz edildikdən sonra öldürülməsi ilə bağlı verdiyi açıqlamalara görə vəzifədən azad edilib.

Qadın nazir 15 yaşlı Aleksandranın tanımadığı sürücünün maşınına oturmasını və həmin şəxs tərəfindən öldürülməsini şərh edərkən, “Aleksandra Macesanu tanımadığı adamın maşınına minməməli olduğunu bilməli idi”, dediyi üçün böyük qınaqla üzləşib və hökumət rəhbəri onun istefasını qəbul edib.

Rumıniyanın baş naziri Viorika Dansila feysbuk səhifəsində təhsil nazirinin məsuliyyətsiz açıqlamalar verdiyini bildirib.

Qeyd edək ki, iyulun 24-də Alexandraya Caracal yaxınlığındakı evinə getmək üçün mindiyi avtomobilin sürücüsü tərəfindən təcavüz edilib və öldürülüb. Bundan sonra ölkənin daxili işlər naziri Nikola Moqa cinayətə laqeyd yanaşıldığına görə istefa verib. Belə ki, 15 yaşlı Macesanunun qaçırılan zaman 3 dəfə 112 təcili yardım xidmətinə zəng etdiyi, lakin polisin hadisəyə 19 saatdan sonra müdaxilə etdiyi müəyyən olunub. Rumıniyanı ayağa qaldıran bu hadisədən sonra nazir öz postundan istefa verib. (Yeni Sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar