Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İham Mirzəyevin həbs etdirdiyi şəxs azadlığa buraxıldı


Hazırda məhbəsdə olan teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyev azadlığa buraxılıb.


A.Əliyev İ.Mİrzəyevin şikayəti əsasında Yasamal rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilib.   O, İ.Mirzəyevin qohumu ilə ailə həyatı qurub.
 
İ.Mirzəyev iddia edib ki, A.Əliyev “Space” telekanalının binası qarşısında onu döyüb, ölümlə hədələyib. Lakin Asif Əliyev məhkəmədə bəyan edib ki, Ilham Mirzəyev yalan danışır, ona böhtan atır. Hadisənin baş verdiyi iddia olunan vaxtda o, evində olub. Asif Əliyevin bu haqda dediklərini təsdiqləyən sübutlar da ortaya qoyulub. Məsələn, mobil operatorlardan  alınan arayışlar göstərir ki, iş materiallarında hadisənin baş verdiyi göstərilən vaxt heç Ilham Mirzəyevin özü də “Space” telekanalının yaxınlığında olmayıb.
 
Həmin vaxt onun telefonu “8-ci kilometr” qəsəbəsi yaxınlığındakı mobil stansiyaların əhatə dairəsində olub. Asif Əliyevin telefonu isə özünün də dediyi kimi, evinin yerləşdiyi ərazidəki stansiyaların əhatə dairəsində qeydə alınıb. Ortaya qoyulan sübutlara baxmayaraq, prokuror Asif Əliyev üçün 5 il həbs cəzası istəmişdi.
 
Aprelin 12-də Nərimanov Rayon Məhkəməsi İlham Mirzəyevi dələduzluqda ittiham edərək barəsində həbs qətiimkan tədbiri seçib.   Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.(axar.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Azərbaycan Karate Federasiyasında yeni təyinatlar - Foto

Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb

Ən çox oxunanalar