Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısı şəhid anasını yubiley münasibəti ilə təbrik etdi

İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər...

Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə Tərtər şəhərində Birinci Qarabağ Müharibəsi şəhidi Hətəmi Vüqar Mədət oğlunun anası Əzizova Sitarə Məhəmməd qızını 70 illik yubileyi münasibəti ilə doğum günündə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid anasının qayğıları ilə maraqlanıblar.

Poliqon xəbər verir ki, İcra başçısı Müstəqim Məmmədov şəhidin valideynlərinə Vətən üçün Vüqar kimi oğul böyütdükləri üçün təşəkkür edib, torpaqlarımızın Vüqar kimi oğullar sayəsində işğaldan azad olunduğunu bildirib, dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıdan danışıb.

Milli Məclisin deputatı Sahib Alıyev də şəhid anasını təbrik edərək, ona can sağlığı və səbr diləyib. O, məğlubedilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə Milli ordumuzun hərbçilərinin Birinci Qarabağ müharibəsi şəhidlərinin də qisasını aldığını bildirib. Bu gün torpaqlarımızın işğaldan azad olması üçün şəhidlərə borclu olduğumuzu qeyd edib.

Qeyd edək ki, şəhid Vüqar Hətəmi 1972-ci il dekabr ayının 15-də Tərtər şəhərində anadan olmuşdur. Orta və peşə təhsilini şəhər 5 №-li orta və 96 №-li Texniki Peşə Məktəblərində almışdır. 1990-cı ilin dekabr ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir. SSRİ dağıldıqdan sonra hərbi xidmətini yarımçıq qoyaraq 1992-ci ilin may ayında vətənə qayıdıb hərbi xidmətini Milli Ordu sıralarında davam etdirmişdir. "Tərtər özünümüdafiə batalyonu"nun tərkibində Ağdərə bölgəsinin erməni işğalçılarından təmizlənməsində fədakarlıqlar göstərmişdir. 21 sentyabr 1992-ci il tarixdə Çardaqlı kəndi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuşdur.

Subay idi. Tərtər rayonunun Buruc kənd qəbiristanlığında dəfn edilib.

Şəhidin ailə üzvləri qonaqlarla Vüqarla bağlı xatirələrini bölüşüb, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Fotolar

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Xızıda ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar