Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistan bombardmançı PUA-larını Rusiyaya sata bilər

Hindistan hərbi məhsullarını, o cümlədən ölkənin ilk pilotsuz bombardmançısı olan 200B-ni Rusiyaya sata bilər...

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyinə pilotsuz təyyarə istehsalçısı FWDA (Flying Wedge Defense & Aerospace Technologies) şirkətinin baş direktoru Suhas Tejaskanda bildirib.

"Rusiya həmişə bizim dostumuz olub və bizim buna böyük hörmətimiz var. Hər iki ölkə artıq təkcə təyyarə deyil, bir neçə birgə raket növü hazırlayıb. İnanıram ki, Hindistan indi həmçinin Rusiyaya hərbi məhsulları ixrac edə, həm də çətin vəziyyətdə lütfünü göstərə bilər", deyə Suhas Tejaskanda bildirib.

200B pilotsuz bombardmançı ilk uçuşunu sentyabrın 3-də edib. Cihaz tamamilə Hindistanda hazırlanıb. Onun uzunluğu 3,5 metr, qanadları isə 5 metrdir. Bombardmançı 30 kiloqrama qədər yük daşıya bilir.

İyun ayında Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiya prioritet məsələ olaraq xüsusi hərbi əməliyyat zonasına pilotsuz uçuş aparatları, əks-akkumulyator sistemləri və digər silah sistemlərinin tədarükünü artıracaq. Dövlət başçısı əlavə edib ki, digər yüksək texnologiyalı silahlar üzərində də işlər davam etdiriləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İrandan İsrailə 500-ə yaxın raket atılıb - Yenilənib

NATO-da yeni dönəm: Müharibənin kritik anında vəzifəyə gələn Rüttedən nə gözlənilir?..

Metroda yığılan pul nəyə xərclənir? - Gedişhaqqı artırılır, xidmət keyfiyyəti isə...

AMB: Daşınmaz əmlakın icbari sığortası ilə bağlı iş aparılır

DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib

Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var

Ürəyinizin düşməni - Saat 14:00-dan sonra bunları yeməyin

Bakının üç rayonunda suyun verilməsində fasilə yaranacaq

Ən çox oxunanalar