Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyev Mərkəzinin parkındakı konsert ləğv olundu

Bu gün Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək konsert proqramı Azərbaycan Respublikasının Xalq artisti Arif Məlikovun xatirəsinə ehtiram əlaməti olaraq ləğv edilib

Bu barədə Trend-ə Heydər Əliyev Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, Xalq artisti, Əməkdar incəsənət xadimi Arif Məlikov bu gün vəfat edib.

Arif Məlikov Azərbaycan musiqi mədəniyyətində mühüm rol oynamış görkəmli şəxsiyyətlərdən biridir. O, müxtəlif janrlarda əsərlər - balet və simfoniyalar, monumental vokal-orkestr əsərləri, kamera-instrumental əsərlər, kino və dram tamaşalarına musiqi, romans və mahnılar, fortepiano silsilələri, operettalar müəllifidir.

Bəstəkarın “Məhəbbət əfsanəsi” baleti dünyanın əksər tanınmış teatrlarının səhnələrində tamaşaya qoyulub.

Arif Məlikov 30 ildən artıq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasına rəhbərlik edib, Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar