Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyev hələ sağlığında əfsanəvi liderə çevrilmişdir

Milli iftixarımız, Azərbaycan xalqının böyük oğlu, Ümumilli Lider Heydər Əliyev dövrümüzün siyasi nəhənglərindən biri kimi müasir dünya tarixində əbədiyaşarlıq haqqı qazanmışdır...

Azərbaycanlılar üçün o müasir Azərbaycan dövlətinin qurucusu, xalqın ən böyük təəssübkeşi və öndəridir. Onun yaratdığı tarix Azərbaycanın ən şərəfli, ən şanlı tarix səlnaməsidir. H.Əliyevin özü haqqında söylədiyi bir fikir onun şəxsiyyətinin parlaqlığına ən gözəl nümunədir: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günündə dünyaya göz açmışam. Anadan olanda yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi bəlkə də qeyri-təvəzökar səslənsə də, deməliyəm ki, anam məni bütövlükdə bütün Azərbaycanımız üçün dünyaya gətirib. Doğma canım, varlığım qədər sevdiyim Azərbaycan mənim qibləgahımdır. Bütün şüurlu ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram”.

Heydər Əliyev ideyalarının gücü və əbədiyaşarlığı ondadır ki, bu ideyalar böyük vətənpərvər insanın, fenomenal liderlik istedadına malik dövlət rəhbərinin keçdiyi çətin, keşməkeşli, siyasi burulğanlara davam gətirən çox şərəfli həyat yolunda əldə olunan zəngin təcrübəyə və yüksək erudisiyaya, dünyagörüşünə əsaslanır.

Bu gün keçmişə nəzər salarkən və Heydər Əliyevin hələ respublikamız keçmiş Sovetlər İttifaqının tərkibində olduğu zaman Azərbaycan üçün gördüyü işləri qiymətləndirərkən bu böyük insanın ruhu qarşısında baş əyməyə bilmirsən. Heydər Əliyevin Azərbaycan tarixinin az qala yarım əsrlik bir dövrünün güzgüsünə çevrilmiş məruzə və çıxışlarını, dünyanın böyük siyasi xadimləri ilə keçirdiyi saysız-hesabsız görüşlərdə söylədiklərini izlədkcə Azərbaycan xalqı üçün nə qədər zəngin bir siyasi irs qoyub getdiyinə heyran qalırsan.
Ulu öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi 15 ilə yaxın dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olmuş, adı heç yerdə çəkilməyən Azərbaycanı qısa müddətdə sovet respublikaları arasında ön sıralara çıxarmağa, ən sürətlə inkişaf edən bir respublikaya çevirməyə nail olmuşdu.

Heydər Əliyev çox gözəl bilirdi ki, respublikanın inkişafı ilk növbədə onun iqtisadi qüdrətini artıran enerji təminatının yaxşılaşdırılmasından, sənaye potensialının inkişaf etdirilməsindən asılıdır. İttifaq rəhbərliyinin göstərdiyi maneələrə baxmayaraq o, iradəsindən dönmür. Bütün vasitələrlə bu maneələri aradan qaldırmağa çalışır və bunu bacarırdı. Çox sonralar – 2000-ci il sentyabrın 5-də Moskvanın “Kommersant” qəzetinin müxbirinə verdiyi müsahibədə həmin illəri xatırladaraq deyirdi: “Mən istəyirdim ki, Azərbaycan müstəqil, ilk öncə iqtisadi cəhətdən müstəqil olsun. Çünki hər hansı bir müstəqilliyin əsasını iqtisadiyyat təşkil edir. Məsələn, mən çoxlu su elektrik stansiyası tikdirmişdim. Moskvada mənə deyirdilər, bu, sizin nəyinizə gərəkdir? İzah edirdilər ki, Sovetlər İttifaqının vahid enerji sistemi var və o, bütün ölkəni elektrik enerjisi ilə təmin edir. Bunun nə üçün lazım olduğunu mən onlara demirdim. Deyirdim, istəyirəm ki, bizdə yeni iş yerləri olun və i.a. Mingəçevirdə hərəsi 250 meqavat gücündə 9 blokdan ibarət iri kompleks, Şəmkir Su Elektrik Stansiyasını tikdirdim”. 

Heydər Əliyev Azərbaycan cəmiyyətini saflaşdırmış, gələcək nəsillər üçün sivil dəyərlərə əsaslanan, milli-mənəvi dəyərləri yaşatmağa qadir olan bir ölkə miras qoymuşdur. Vaxtilə gənclərlə keçirdiyi görüşlərdə dəfələrlər qeyd etmişdir ki: “Bizim gələcəyimiz gənclərdir... Biz bugünkü gənclərə çox yüksək amallara, mənəvi keyfiyyətlərə yüksək iqtisadi potensiala malik olan dövlət, ölkə əmanət edəcəyik”.

Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olmuşdur. Və tarix üçün o qədər də böyük olmayan təxminən on illik bir müddətdə böyük dövlət xadimi, həqiqətən, tarixi olan aşağıdakı işləri görmüşdür:
         
- Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-nin müvafiq qanunlarında öz əksini tapmış, Moskvanın etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilmişdir;
 
- Azərbaycan dilli məktəbin, maarifin inkişafına xüsusi qayğı göstərilmiş, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilmişdir;
 
- Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün dövlət rəhbərliyi əlindən gələni etmiş, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazmış, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları – “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində çıxmışdır;
 
- Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılmış, çoxcildlik “Müasir Azərbaycan dili” kitabları yaradılmış, həmin çoxcildliklərdən biri – ali məktəblər üçün “Müasir Azərbaycan dili” dərsliyi Azərbaycan Dövlət mükafatına layiq görülmüş, ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə əslində ana dilinin nüfuzu bir daha təsdiq edilmişdir;

Heydər Əliyevin Azərbaycan rəhbərliyinin birinci dövründə həyata keçirilən təhsil islahatları bu sahənin inkişafına zəmin yaratdı. Hələ 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarların icrası nəticəsində respublikada orta məktəblərin dərsliklərlə təminatı problemi həll edildi və 1978-ci ildən etibarən şagirdlərə dərsliklərin pulsuz verilməsinə başlanıldı.

Həmin dövrdə təhsilin inkişafına xüsusi diqqət məktəb tikintisində də özünü göstərdi. 1979-cu ildə ümumtəhsil məktəbləri sayı 1965-ci ilə nisbətən üç dəfədən çox artdı. 1971 yeni məktəb binası tikilib istifadəyə verildi ki, bu da 1946-1970-ci illərdəki müvafiq göstəricidən iki dəfə çox idi.
 
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə peşə məktəblərinin sayı 1965-ci illə müqayisədə 1,7, təhsilalanların sayı isə 2,5 dəfə artdı. Onun təşəbbüsü ilə 1971-1975-ci illər üçün texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı üzrə strategiya müəyyənləşdirildi. 54 yeni texniki peşə təhsili müəssisəsi fəaliyyətə başladı.
 
1969-1982-ci illərdə beş yeni ali təhsil müəssisəsi açıldı və ali məktəb tələblərinin sayı 70 mindən 100 minədək artdı.

Respublika rəhbərinin təşəbbüsü və himayəsi sayəsində 1970-ci ildən başlayaraq hər il gənclər SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi. 1970-1980-cı illərdə SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına şərait yaradıldı. Bu isə respublikanın milli kadr potensialının daha da gücləndirilməsində mühüm rol oynadı. 

Dahi rəhbəri düşündürən əsas məsələlərdən biri də azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi idi. Onun təşəbbüsünün və uzaqgörənliyinin nəticəsi olaraq 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı. Hərbi məktəb yüzlərlə Azərbaycan vətəndaşı təhsil almağa başladı.  Bu gün də ordumuzun sıralarında xidmət edən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük hünər və rəşadət göstərdilər. 

Heydər Əliyevin Moskvada hakimiyyətin yüksək zirvəsində olması Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan qüvvələrin qarşısında ən böyük sipər idi. 1987-ci ilin oktyabr ayında Heydər Əliyev Sovetlər Birliyinin rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra bu qüvvələr fəal hərəkətə keçmək üçün fürsət qazandılar. Məhz həmin istefa Azərbaycana qarşı məkrli planların reallaşdırılması yolunda ilk addım oldu. 

Moskvadakı ermənipərəst siyasi rəhbərlikdən dəstək alan Ermənistan Respublikasının Azərbaycana qarşı ərazi iddialarını təmin etmək üçün həyata keçirdiyi etnik təmizləmə və işğalçılıq siyasəti qarşısında respublika rəhbərliyində bir-birini əvəz edən şəxslərin səriştəsizliyi, müxtəlif qüvvələrin hakimiyyət uğrunda mübarizəsi, hərc-mərclik, xaos Azərbaycanı fəlakət həddinə gətirib çıxardı. Ermənistandan qaçqınların axını, Sumqayıt fitnəkarlığı, Qanlı Yanvar qırğını, xalqımızın maddi və mənəvi sərvətlərinin talan edilməsi, Xocalı soyqırımı, digər faciələr, Şuşanın, Laçının, digər torpaqlarımızın işğal edilməsi, insanlarımızın yerindən-yurdundan didərgin salınması – bütün bunlar Azərbaycanı diz çökdürməyə yönələn böyük planın mərhələ-mərhələ həyata keçirilməsinin nəticələri idi. 

1991-ci ildən Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışırdı. Ölkədə hərc-mərcliyin və qarışıqlığın hökm sürdüyü, insanların ümidsizlik və təlaş hisslərinə qapıldığı bir şəraitdə Naxçıvan Ali Məclisinin ahəngdar fəaliyyəti, əhalinin erməni silahlı qüvvələrindən müdafiəsi ilə bağlı mürəkkəb məsələlərin həll olunması və bütün həyat təminatı xidmətlərinin normal işləməsi yalnız respublikanın bir bölgəsində nisbi rahatlıq faktı kimi deyil, daha çox ümid yeri, ümumən ölkədə vəziyyətin dəyişdirilməsinin mümkünlüyü kimi qiymətləndirilirdi.

1992-ci ilin noyabr ayında Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis edilməsi və Heydər Əliyevin partiyanın sədri seçilməsi ölkənin ictimai-siyasi həyatında son dərəcə mühüm hadisəyə çevrildi

Ulu Öndərin dövlət rəhbərliyinə qayıdışı 1993-cü il iyunun 15-də onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başlandı. Heydər Əliyev Prezident seçilənədək dörd ay parlamentə rəhbərlik etdi. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda onun ilk addımları məhz bu dövrə təsadüf etdi. 

1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimində Prezident Heydər Əliyev ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində qarşıda duran vəzifələri belə səciyyələndirmişdi: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.
 
Heydər Əliyev həyatı üçün heç bir riskdən çəkinmədən sözünü yerində və məqamında, hətta ən ali tribunalardan cəsarətlə, çəkinmədən deməsi, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət göstərməsi onun hələ sağlığında əfsanəvi, xarizmatik liderə çevrilməsinə səbəb olmuşdu.
 
1990-cı il yanvarın 20-də Bakıda törədilmiş Qanlı Yanvar faciəsinə dərhal, Sovet rejiminin təzyiqlərindən çəkinmədən öz etirazını bildirməsi, BMT-də, eləcə də müxtəlif sammitlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, xalqımızın başına gətirilən müsibətlərin səbəblərini, əsl günahkarları açıq-aydın bəyan etməsi xalqına sevgidən, sədaqətdən, mübarizlikdən irəli gəlir.

Ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm addımlar atıldı. Ulu Öndər bu münaqişəni MDB məkanından beynəlxalq səviyyəyə qaldırdı. Dövlət Neft Fondunun ilk vəsaitini də bu sahəyə yönəltməklə göstərdi ki, bu, Azərbaycanın bir nömrəli, prioritet problemidir.

Azərbaycan ətrafında yaradılan informasiya blokadasının yarılması Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri idi. Xarici ölkələrə səfərləri zamanı əsas diqqəti bu münaqişəyə yönəldərək Ermənistanın işğalçılıq siyasətini dünyaya bəyan etdi. Dünyanın ən nüfuzlu təşkilatlarınn tribunasından Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ probleminin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Erməni yalanları faktlarla ifşa olundu. 1994-cü il mayın 12-də atəşkəsin əldə olunması Azərbaycanın hər bir sahədə inkişafında əhəmiyyətli rol oynadı.

Tam cəsarətlə deyə bilərik ki, Ümumilli Lider Heydər Əliyevin hələ sağlığında əfsanəvi və xarizmatik şəxsiyyətə çevrilməsində onun millətinin mənafeyi naminə həyatını hər cür riskə atması, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət və prinsipiallıq göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır. Məhz bu bütöv və prinsipial xarakteri sayəsində Ulu Öndər harada olursa-olsun, hadisələrin fövqünə qalxıb, idarəçilik qabiliyyətini reallaşdıra bilmiş, lider imicini qorumuşdur. Xalq layiqli rəhbərlik missiyası onun xarakterindən, dünyagörüşündən, yaradıcılıq enerjisindən, qurub-yaratmaq həvəsindən bəhrələnmişdir.

Ulu Öndərin müəllifliyi ilə hazırlanmış və 1995-ci ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən birinə çevrilmişdir. Xalqımızın yaddaşında bütöv və milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühasının tarixi sınaq anında üzərinə düşən missiyanın öhdəsindən uğurla gəlməsi, sözün həqiqi mənasında, milli qurtuluşa nail olması onun xalqla mənəvi birliyinin nəticəsi sayılmalıdır. 

Respublikada əfvetmə institutunun bərpası, ölüm hökmü üzərində moratoriumun qoyulması, 1998-ci ildə bu hökmün birdəfəlik ləğv olunması, İnsan Hüquqları üzrə Müvəkkil institutunun (ombudsman) yaradılması, hüquq-mühafizə orqanlarında dövrün tələblərə cavab verən mütərəqqi islahatların aparılması – bütün bunlar məhz Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrilmişdir. Eyni zamanda, Heydər Əliyev respublikamızın Avroatlantik məkana sürətli inteqrasiyasına çalışmış, bu məqsədlə müxtəlif demokratik institutlarla, o cümlədən ATƏT, Avropa Şurası, Avropa Birliyi və s. təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur.

Ümumilli Liderin böyüklüyü həm də onun bütün idarəçiliyi boyu xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Heydər Əliyevin bütün ömrü elə Azərbaycan üçün yaşanmışdı – bu xariqüladə şəxsiyyət bütün həyatını Azərbaycanı və azərbaycançılığı dünyaya tanıtmağa sərf etmişdi. Ulu Öndər deyirdi: “İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda, assimilyasiya prosesi də var. İnsanlar – mən azərbaycanlılar haqqında danışıram – gərək yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”.

Təyyubə Hüseynova - Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Ən çox oxunanalar